Previous Next
Bağla

DİN: “Bank hesabınıza müdaxilə” zənglərinə aldanmayın

04-04-2025 16:08
DİN: “Bank hesabınıza müdaxilə” zənglərinə aldanmayın

“Bank hesabınıza müdaxilə” zəngləri dələduzluqdur.

Xeberler.az məlumat verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara müraciətində bildirilib.

Qeyd olunub ki, bank kartı istifadəçilərinə şübhəli zənglər edən, mesajlar yazan şəxslər bankların adından hərəkət edirlər. Xarici nömrə ilə əvvəlcədən hazırlanan ssenarilərə əsasən cinayətkarlar vaxtın olmaması üçün tələsik kritik suallar verib təşviş, həyəcan yaradırlar: “Hesabda itki riski yaranıb, kartınıza müdaxilə var”.

Əsasən özünü bank əməkdaşı kimi təqdim edilmə hallarında bank kart sahibi heç bir halda şəxsi məlumatlarını naməlum şəxsə verməməlidir. Bank kart sahibi bilməlidir ki, bank kartının üzərində olan 16 rəqəmi, CVV nömrəsini, bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodu istənilirsə, bu dələduzluqdur. Onlar cinayətkar niyyətlərini xaricdən həyata keçirməklə oğurlanan pulu saxta ofşor hesablara köçürüb izi itirəcəklər.

“Bir daha diqqətə çatdırırıq ki, bu və ya digər hallarla bağlı vətəndaşlar özünü bank əməkdaşı kimi təqdim edərək zəng edən, sosial media üzərindən mesajlar göndərən naməlum şəxslərlə danışıq aparmamalıdır, bank kartı məlumatlarını verməməlidir.

Əgər həmin zəngi, mesajı yoxlamaq istəyirsinizsə, ona cavab olaraq deyil, kartdakı nömrədən istifadə edərək banka zəng edin. Unutmayın ki, sizin kart məlumatlarınız kartınızın mənsub olduğu bankda var və bank işçisi heç bir halda bu məlumatları soruşmur”, - deyə müraciətdə qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DİN-dən çağırış: Şübhələndiyiniz ilk anda zəngi sonlandırın

25-04-2025

DİN: Bank kartlarına kibermüdaxilə halları var

03-10-2025

DİN kibertalamalarla bağlı növbəti dəfə çağırış edib

10-10-2025

DİN: Kart məlumatlarınızı naməlum şəxslərə verməyin

06-06-2025

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı çağırış edir

25-06-2025

DİN: Həftəsonu bank kartlarından 33 min manata yaxın vəsait oğurlanıb

23-06-2025

DİN: Bayram günlərində kiberdələduzluq halları artıb

02-01-2026

DİN: Bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var

09-12-2025

Həftəsonu bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

16-06-2025

DİN: Ötən gün bank kartlarından 9600 manata yaxın pul oğurlanıb

05-06-2025

DİN: Dünən bank kartlarından 12 min manat oğurlanıb

21-06-2025

DİN: Ötən gün bank kartlarından 14 minə yaxın vəsait oğurlanıb

18-06-2025

DİN: Ötən gün bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

17-06-2025

Ötən gün bank kartlarından 11 min manatdan çox vəsait oğurlanıb

24-06-2025

DİN: Ötən gün bank kartlarından 24 min manatdan çox pul oğurlanıb

20-06-2025

DİN: Bank kartlarının CVV və OTP kodunu heç kimə deməyin

07-06-2025

DİN: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

21-12-2024

DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

06-10-2025

Ötən gün bank kartlarından 6 mindən çox pul vəsaiti oğurlanıb

12-06-2025

DİN: Ötən gün bank kartlarından 23 min manatdan çox pul oğurlanıb

26-04-2025

DİN: Ötən gün bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

14-06-2025

DİN kiberdələduzluqla bağlı əhaliyə müraciət edib

03-05-2025

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021

DİN: Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb

13-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə