“Elektron Təhsil” müsabiqəsi başlanır

02-09-2015 / 15:48

Bu gün Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində növbəti VI "Elektron Təhsil" Respublika müsabiqəsinin Təşkilat Komitəsinin ilkin iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, görüşdə müsabiqəyə hazırlıq məsələləri müzakirə olunub. Belə ki, tədbirdə müsabiqənin başlanma tarixi, davam etmə müddəti, sponsor şirkətlərin müəyyən edilməsi və digər məsələlər ətrafında müzakirə aparılıb. Toplantıda müsabiqəyə sentyabrın 21-də start verilməsi bildirliib.

Tədbirdə qeyd olunub ki, müsabiqənin qaydalarına uyğun olaraq müsabiqəyə təqdim edilən resursların qeydiyyat müddəti 45 gündür. Toplantıda məlumat verilib ki,  bu il elan  olunacaq müsabiqənin yeni saytı da  hazırlanıb.  Görüşdə müsabiqənin yeni rəsmi saytının strukturu və dizaynı nəzərdən keçirilib. Qərara alınıb ki, müsabiqənin saytı yaxın vaxtda fəaliyyətə başlayacaq.

Qeyd edək ki, müsabiqə "Müəllim" və "Şagird" istiqamətləri üzrə keçiriləcək.

Müsabiqəyə həm onlayn ,həm də oflayn təhsil resursları təqdim olunacaq. Bu müsabiqə çərçivəsində "ALPLogo" proqramlaşdırma mühitində hazırlanan elektron resurslar da yarışmaya qəbul ediləcək. 

Onu da bildirək ki, müsabiqə 4 mərhələdə keçiriləcək. 

Müsabiqənin qalibləri yekun təqdimat mərasimində açıqlanacaq və qaliblərin adları Təhsil Nazirliyinin və müsabiqənin rəsmi saytında yerləşdiriləcək. 

Xeberler.az bildirir ki, "Elektron Təhsil" müsabiqəsinin təşkili, müsabiqənin Əsanaməsi, qiymətləndirmə meyarları və müsabiqənin Təşkilat Komitəsinin tərkibi ilə bağlı Təhsil naziri Mikayıl Cabbarov 21 avqust 2015-ci il tarixdə 905 saylı əmr imzalayıb. 

Məltəm Taıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.