Previous Next
Bağla

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

14-04-2014 12:13
Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib
Azərbaycan Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklərin edilməsi haqda qərar qəbul edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sənəd hüquqi və ya fiziki şəxslərin mobil telefon cihazlarından MCQS tərəfindən mobil (sellular) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə mobil cihazların “IMEI” nömrələrinin mövcud statusu barədə məlumatın alınmasını nəzərdə tutur.
 
Bununla yanaşı,  şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də  yazılı müraciət etmə üsulları ilə aparılır. Elektron müraciət etmə üsulu “Elektron hökumət” portalına  daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə mobil cihaza dair məlumtların daxil edilməsi yolu ilə yerinə yetirilir.
 
Yazılı müraciət etmə üsulu - mobil cihazı ölkə ərazisinə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilməklə yerinə yetirilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və “IMEI” nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.
 
Sənədə əsasən, əgər mobil telefon cihazı itirilərsə və ya oğurlanarsa, bu halda “IMEI” nömrəsi qara səhifəyə   daxil edilməzdən əvvəl, həmin “IMEI” nömrəli mobil telefon cihazı ilə  istifadə edilən nömrəyə “bu mobil cihaz itirilmişdir, yaxındakı polisə könüllü sürətdə təqdim etməyiniz xahiş olunur” qısa mesajı da göndərilir.
 
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həm elektron, həm də yazılı müraciət etmə üsullarında təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması da 3 iş günündən 2 iş gününə endirilib.
Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş “IMEI” nömrələri dərhal ağ səhifəyə və ya uyğunlaşdırılmış ağ səhifəyə daxil edilir və bu barədə abunəçiyə qısa mesajla məlumat veriləcək. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması üçün müəyyənləşmiş 3 iş günü 2 iş gününə endirilib.
 Bu məlumatlar 2 iş günü ərzində Dövlət Gömrük Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən “IMEI” nömrələri ilə müqayisə ediləcək. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş “IMEI” nömrələri dərhal ağ səhifəyə daxil ediləcək və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı məlumat veriləcək. (ICTnews)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

03-11-2014
Mobil cihazların qeydiyyatının aparılması qaydaları təsdiq edilib

Mobil cihazların qeydiyyatının aparılması qaydaları təsdiq edilib

03-01-2012
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb

AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb

16-06-2026
Mobil cihazların qeydiyyat sistemində indiyə qədər 12 milyondan artıq mobil rabitə cihazı qeydə alınıb

Mobil cihazların qeydiyyat sistemində indiyə qədər 12 milyondan artıq mobil rabitə cihazı qeydə alınıb

19-06-2013
Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə düşdü

Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə düşdü

01-05-2013
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

30-04-2026
Mobil cihazların qeydiyyat sisteminin (MCQS) yekun testlərinə başlayıb.

Mobil cihazların qeydiyyat sisteminin (MCQS) yekun testlərinə başlayıb.

18-02-2013
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

19-01-2026
Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022
“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

13-08-2024
“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

02-10-2024
Mobil cihazların qeydiyyatı qaydası dəyişib - QƏRAR

Mobil cihazların qeydiyyatı qaydası dəyişib - QƏRAR

13-06-2023
11 mindən çox IMEI ilə 600 mindən çox şəbəkəyə qoşulma cəhdi olub

11 mindən çox IMEI ilə 600 mindən çox şəbəkəyə qoşulma cəhdi olub

03-08-2023
Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib

Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib

26-02-2013
Azərbaycanda IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

Azərbaycanda IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

11-07-2023
Şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilərək blok edilib

Şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilərək blok edilib

19-09-2023
 2100-dən çox IMEI koda “klon” statusu verilib

2100-dən çox IMEI koda “klon” statusu verilib

29-03-2023
Bu günədək şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib

Bu günədək şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib

25-05-2023
Portal üzərindən 50 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

Portal üzərindən 50 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

11-11-2015
330 IMEI koduna “klon” statusu verilib

330 IMEI koduna “klon” statusu verilib

27-10-2022
1230 IMEI koda “klon” statusu verilib

1230 IMEI koda “klon” statusu verilib

25-01-2023
Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

24-08-2018
IMEI kodların klonlaşdırılması ilə bağlı mübarizə aparılır

IMEI kodların klonlaşdırılması ilə bağlı mübarizə aparılır

29-10-2019
Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə