“Elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi” ilə bağlı Təkliflər hazırlanıb

08-08-2014 / 15:17
Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şurasının toplantısı keçirilib.
Toplantıda Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura və Multimedia Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində hazırladığı “Elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi” ilə bağlı Təkliflər müzakirə edilib.
 
İctimai Şuranın kordinatoru Osman Gündüz Təkliflərin mahiyyəti ilə bağlı Şura üzvlərini tanış edib. 
O, Təkliflərin dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən toplantılar və müzakirələrdə irəli sürülən rəylər, həmçinin də aparılan Monitorinqlər və araşdırmalar nəticəsində əldə olunan məlumatlar və təkliflər əsasında hazırlandığını bildirib.
 
Təkliflərdə əsasən vətəndaşların elektron xidmətlərdən daha effektiv istifadə etməsi, əhəmiyyətlilik səviyyəsindən asılı olaraq prioritet xidmətlərin müəyyən olunması və elektron formaya keçidlə bağlı konkret keçid planının hazırlanması, elektron xidmətlərin populyarlığının artırılması, elektron xidmətlərlə bağlı statistikanın təkmilləşdirilməsi, eyni bir xidmətin ASAN-dan, Elektron Hökumət Portalından və müvafiq dövlət qurumandan alınması ilə bağlı statistikanın formalaşması, müvafiq
qurumların öz elektron xidmətlərinin tanıtımı ilə bağlı işlərin görülməsi, xidmətlərin “bir pəncərə"prinsipi ilə göstərilməsinin vacibliyi istiqamətində müddəalar öz əksini tapıb.

Toplantıda İctimai Şura üzvləri Təkliflərin daha da təkmilləşdirilməsi və elektron xidmətlərdən daha effektiv istifadə edilməsi istiqamətində səmərəli fikrilər bildirib. Şura üzvləri tərəfindən elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi və bu məqsədlə nəzərdə tutulan resurslardan daha effektiv istifadəsi ilə bağlı müddəaların da Təkliflərdə yer alması tövsiyə olunub.
 
“Elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi” ilə bağlı Təkliflər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.
 
 
Təkliflərin tam mətni : http://informasiya.org/?p=2433
 

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.