Previous Next
Bağla

Microsoft Azərbaycanda fəaliyyətini davam etdirəcək?- Bakıya gəldilər

15-12-2022 13:02
Microsoft Azərbaycanda fəaliyyətini davam etdirəcək?- Bakıya gəldilər

Microsoft şirkətinin təhsilin rəqəmsal transformasiyası üzrə baş meneceri Mark East, Mərkəzi və Şərqi Avropa ölkələrində təhsil üzrə nümayəndəsi Albena Spasova elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər.

Görüş Elm və təhsil nazirliyi ilə Microsoft şirkəti arasında əməkdaşlığın davam etdirilməsi məqsədilə keçirilib.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, Nazirlik bu qlobal şirkətlə ciddi iş birliyi istiqamətində xeyli məsələləri müzakirə edib.

Görüşdə Microsoft texnologiyaları üzərində, bulud və süni intellekt texnologiyaları əsasında Azərbaycanın model təhsil müəssisələrinin qurulması, süni intellekt texnologiyasının təhsil sisteminə tətbiqi, təhsil üçün “ağıllı” proqram təminatlarının inkişafı üzrə dəstəyin göstərilməsi, eyni zamanda “Azure” bulud üzrə birgə təhsil proqramların hazırlanması, Nazirliyin Sabah.lab akselerasiya mərkəzi ilə əməkdaşlıq və s. müzakirə olunub.

Həmçinin,ölkə təhsilinin rəqəmsal transformasiyasına dəstək məqsədilə Microsoft komandası tərəfindən Azərbaycanda “Təhsildə Rəqəmsal İnnovasiya Mərkəzinin” qurulması haqqında razılıq əldə edilib.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məsələni Xeberler.az-a şərh edərkən bildirib ki, görüşlə bağlı açıqlanan məlumatlardan belə qənaətə gəlmək olar ki, Microsoft təhsilin rəqəmsal transformasiyası sahəsində Azərbaycan Elm və Təhsil nazirliyini ciddi partnyor olaraq qəbul edir.
 
"Düşünmək olar ki, Elm və təhsil nazirliyi ilə Microsoft şirkəti arasında əməkdaşlıq güclənəcək. Görüşlə bağlı diqqət çəkən məqam odur ki, əvvəllər bu tip görüşlər "Microsoft Azərbaycan" nümayəndəliyi tərəfindən və ya qlobal nümayəndələrlə bərabər onların da iştirakı ilə keçirilirdi. Hazırda isə "Microsoft Azərbaycan" nümayəndəliyinin bütün əməkdaşları işdən kənarlaşdırılıb və ofisin ölkə daxili fəaliyyəti dayandırılıb.İndiki görüş formatından görünür ki, artıq Microsoft şirkəti Azərbaycanla işbirliyini özünün regional ofisləri vasitəsilə gerçəkləşdirəcək. Düşünmək olar ki, "Microsoft Azərbaycan"ın ölkədaxili fəaliyyətinin dayandırılması ətrafında baş verən son qalmaqaldan sonra Microsoft rəsmilərinin tez bir zamanda ölkəmizə gəlişi də bu əməkdaşlığın başqa formatda davam etdirilməsi istəyidir. Hansı ki, bu əməkdaşlıq olduqca arzuolunandır".

"İstənilən halda, son günlərdə baş verənlərdən sonra məhsuldar formada keçən görüş, düşünürəm ki, xeyli faydalı və əhəmiyyətlidir, ETN-nin bu istiqamətdə səyləri təqdirə layiqdir. Yeri gəlmişkən, ölkəmizdə olan Microsoft rəsmilərinin digər qurumlarla, xüsusilə də RİNN ilə görüşü haqqında məlumata rast gəlməmişəm",-deyə ekspert bildirib.
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10-12-2009
Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025
Elm və təhsil nazirinin müavini ‘Microsoft’un nümayəndəsi ilə görüşüb

Elm və təhsil nazirinin müavini ‘Microsoft’un nümayəndəsi ilə görüşüb

19-05-2026
Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019
Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir - Ekspert

Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir - Ekspert

10-07-2025
Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

22-08-2015
20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

03-06-2026
Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

18-07-2019
Microsoft  Bakıda növbəti seminar keçirib

Microsoft Bakıda növbəti seminar keçirib

03-04-2018
Ekspert: Milli təhsil platforması yaradılmalıdır

Ekspert: Milli təhsil platforması yaradılmalıdır

18-04-2021
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019
Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026
London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

23-01-2009
Microsoft-un rəsmiləri Bakıda olub

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018
“Microsoft” Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib

“Microsoft” Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib

25-12-2010
Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

22-11-2011
"Microsoft" yenidən Azərbaycana qayıdır

"Microsoft" yenidən Azərbaycana qayıdır

07-08-2023
Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

12-10-2019
Data Mərkəz vasitəsilə Microsoft yeni xidmətlərini təqdim edəcək

Data Mərkəz vasitəsilə Microsoft yeni xidmətlərini təqdim edəcək

22-08-2015
Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

07-11-2019
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Ekspert: Microsoft bir çox proqramlarını Azərbaycan dilinə tərcümə edib

Ekspert: Microsoft bir çox proqramlarını Azərbaycan dilinə tərcümə edib

03-11-2020
Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə