Previous Next
Bağla

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022 15:06
Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

Kənardan müşahidə edəndə Elm və Təhsil Nazirliyi nəhəng imtahan mərkəzi, kütləvi imtahanlar nazirliyi təəssüratını yaradır.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Bir Nazirlik nə qədər imtahan keçirər ?

Direktorların işə qəbulu, bağçalara işə qəbul, müəllimlərin işə qəbulu, müəllimlərin setifikasiya imtahanı və s. bu tip kütləvi imtahanları keçirmək böyük resurslar tələb edir. ETN də özünün xeyli resurslarını, məktəblərin və ali təhsil müəssisələrinin resurslarını, Nazirliyin və təhsil müəssisələrinin canlı qüvvəsini, könüllüləri, texniki-texnoloji resursları bu imtahanların keçirilməsinə cəlb edir.

Dövlətin kütləvi imtahanların təşkili məqsədilə yaratdığı qurum - Dövlət İmtahan Mərkəzi isə bütün bu prosesləri sadəcə kənardan müşahidə edir.Bu qədər ağır bir proses, nəhəg resursların cəlbi ilə kütləvi imtahanların təşkli ETN-i öz qarşısına qoyduğu vəzifələrdən uzaqlaşdırmırmı? Burada söhbət ETN tərəfindən təşkil olunan imtahanların keyfiyyətindən, qiymətləndirmənin mahiyyətindən getmir.

ETN bu məsələləri son illərdə xeyli təkmilləşdirə bilib, yəni, keyfiyyət və texniki-texnoloji baxımdan bildiyim qədər bu tip kütləvi proseslər əvvəlki illərə nisbətən daha təkmil qaydada keçirilir. Amma görəsən bütün bunlar məntiqlidirmi və faydalıdırmı, ölkədə təhsil sahəsinə, təhsil siyasətinin müəyyən edilməsinə cavabdeh qurumun bu sahədə daha fundamental məsələlərə diqqət yetirməsi doğru olmazdımı? Burada həm də öz tabeliyindəkiləri qiymətləndirən Nazirliklə bağlı bir maraq toqquşması faktı qarşıya çıxır.

Görünən odur ki, ETN qarşısına qoyulan vəzifələr getdikcə çoxalır. Son zamanlar qəbul edilən fərman və sərəncamlarda və digər normativ sənədlərdə, qəbul edilən strategiyalarda ETN qarşısında çox ciddi hədəflər müəyyən edilib. Qlobal dünyanın da müasir çağırışları təhsil sektorundan daha çevik və effektiv qərarlar tələb edir. Bu baxımdan, fikrimcə, ETN bu qədər nəhəng resursları təhsilin inkişafına və keyfiyyətinin qaldırılmasına, təhsilin modernləşdirilməsinə yönəltsə daha məqsədəuyğun və məntiqli olardı. Düşünürəm ki , bununla da təhsilin inkişafı baxımından daha böyük uğurlar və müsbət nəticələr əldə etmək olardı.

Ümid edirəm hökumət, ETN və DİM nəzərə alacaqlar”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023

Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

30-07-2019

Ekspert Müəllimlərin İşə Qəbulu ilə bağlı imtahan prosesini müşahidə edib

15-07-2019

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020

ETN-nin Yüksək Texnologiyalar Parkı SABAH.HUB-a veriləcəkmi ?

09-12-2023

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

“ Türk liseylərinin uşaqları olimpiadalarda yenə də üstünlük təşkil edir”

18-04-2023

Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi yoxlanılıb

04-07-2025

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022

Bağçalara elektron qəbulda hansı problemlər yaşanır?

08-08-2023

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Kənd məktəbləri və Heydər Əliyev adına Lisey arasında bərabərsizlik- Hansı üstündür?

05-07-2023

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

“Fərqli imtahan modellərinin tətbiqi yaxşı təcrübədir”

22-01-2018

Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

09-03-2021

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

Cisco Qarabağda aparılan quruculuq işlərinə maraq göstərir

26-12-2022

“DİM-in yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

12-04-2016

"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib

21-12-2024

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

05-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə