Previous Next
Bağla

Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

28-07-2022 22:15
Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Xeberler.az bildirir ki, Fərmana əsasən, Təhsil Nazirliyi bundan sonra Elm və Təhsil Nazirliyi adlandırılacaq. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilir.

Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.

Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev-Muzeyi əmlakları ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Elm və Təhsil Nazirliyi bu Fərmana əsasən, tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

Azərbaycan Milli Elmlər Akademiyası bu Fərmana əsasən, Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022

Ekspert: Elmi institutların taleyi necə olacaq?

29-07-2022

27 Mart - Azərbaycanda Elm Günüdür

27-03-2023

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hələ də formalaşmayıb-RƏY

27-03-2023

Daha bir neçə dövlət qurumu ləğv edildi – Fərman

18-01-2019

Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir- Fərman

16-01-2019

Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib

14-08-2025

Azərbaycanda iki yeni institut yaradılıb

14-05-2026

Prezident innovativ inkişaf haqqında Sərəncam imzalayıb

10-01-2019

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi

26-11-2024

Nazir Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

25-11-2025

Azərbaycanda daha bir neçə dövlət orqanının idarə edilməsi təkmilləşdirilir

18-01-2019

Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

16-03-2020

Prezident rabitə şəbəkələrində informasiya təhlükəsizliyi ilə bağlı qaydaları təsdiqlədi

02-10-2015

MTN-in əsasında iki qurum yaradıldı - Fərman

14-12-2015

Rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilir

27-04-2021

İT sahəsində Azərbaycan Koreya əlaqələri genişlənir

03-07-2009

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

12-01-2018

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016

İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

04-11-2024

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015

Naxçıvanda Distant Təhsil Mərkəzi açılıb

07-07-2015

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə