“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022 / 13:13

“Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqi əmək münasibətlərinin tənzimlənməsi və bu sahədə tətbiq edilən kargüzarlığın elektronlaşdırılması istiqamətində bir sıra dəyişiklikləri nəzərdə tutub. ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni dəstək mexanizmini formalaşdırıb.

Xeberler.az məlumat verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müvafiq mövzuya həsr olunmuş iclasda bildirib. İclasda ƏMAS-ın funksionallığının artırılması, yeni bölmələrin yaradılması və fəaliyyətinin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Həmçinin bildirilib ki, əmək münasibətləri sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də işlər həyata keçirilir. Bu addımlar həm işçilərin əmək hüquqlarının təminatında, həm də işəgötürənlərə qanunvericiliyin icrası prosesində dəstək məqsədi daşıyır.

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.