Previous Next
Bağla

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024 13:41
E-texnologiyaların tətbiqi daha da genişləndirilir

Sosial sahədə icra olunan elektronlaşdırma proqramı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sistemini də əhatə edir.  2022-ci ildə istifadəyə verilən “Əmək və Məşğulluq” altsistemi bu istiqamətdə mühüm addımdır və hazırda həmin altsistemə bir sıra əlavə və yeni funksionallıqların daxil edilməsi işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az -a verilən məlumata görə, bu barədə  əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində görülən işlər və gələcək hədəflərə dair keçirilən iclasda bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək münasibətləri sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində son illər atılan addımları qeyd edib.

Əmək hüquqlarının təminatına nəzarət sistemində innovativ həllərin geniş tətbiqinin əsas prioritetlərdən olduğu diqqətə çatdırılıb. İşəgötürənlər və işçilər üçün vahid əmək münasibətləri platforması olan ƏMAS-ın əmək münasibətləri üzrə kadr uçotu sisteminin, habelə əmək müqavilələrinin bağlanmasının kağız üzərindən rəqəmsal müstəviyə keçidini təmin etdiyi vurğulanıb. Habelə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək münasibətlərinə dövlət nəzarətinin çevik və effektiv, daha səmərəli həyata keçirilməsinə imkan yaratdığı bildirilib.

ƏMAS-ın təkmilləşdirilməsi üçün altsistemə daxil edilmiş yeni əlavə və yeni funksionallıqlar  “İşəgötürənlər üçün “Müraciətlər ” bölməsi”, “Əmək müqaviləsində “Əmək funksiyası” bölməsinin məcburiliyi”, “Məzuniyyət əmrlərinin formalaşdırılması”, “E-qanunvericilik toplusu”, “Kollektiv əmək müqavilələri” və s.) diqqətə çatdırılıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətləri üzrə  aparılan işlərə və hədəflərə dair təqdimatlar edilib. Həmçinin qeyd olunub ki, son bir ildə işəgötürənlər tərəfindən 471,6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edilib. Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib, habelə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən olunan 107 işçi əvvəlki iş yerlərinə bərpa edilib.

İclasda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində görülən işlər, əmək müfəttişliyi sisteminin, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, tətbiq olunan innovativ yeniliklər, işəgötürənlər və işçilər arasında əmək qanunvericiliyinin tətbiqinə dair maarifləndirmə və s. sahələrdə görülən işlər və gələcək hədəflər müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əmək münasibətləri üzrə rəqəmsal həllərin tətbiqi genişlənir

06-03-2025

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

ƏMAS-da “İş yerlərinin zərərliliyinin attestasiyası” altbölməsi yaradılıb

15-04-2025

Vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

18-04-2022

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

17-09-2024

ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

01-11-2024

“DOST Müfəttiş” layihəsi və ƏMAS-a həsr olunmuş tədbir keçirilib

25-09-2024

“Əmək və Məşğulluq” altsistemində yeni funksionallıq yaradılıb

27-10-2025

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025

Şirkətlərin işçilərin əmək müqaviləsini ləğv edəilməsi qaydası açıqlanıb

24-09-2024

Dövlət Əmək Müfəttişliyi Xidməti üç beynəlxalq müsabiqədə uğur qazanıb

07-01-2025

ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

29-07-2025

ƏMAS-da qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı yaradılıb

11-11-2025

Azərbaycanda əmək münasibətləri sistemində yenilik

05-05-2022

E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

27-05-2021

“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

03-04-2025

“E-sosial” mobil tətbiqi ilə 49 min əmək müqaviləsi imzalanıb

12-07-2025

“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025

“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

06-05-2022

“Əmək və Məşğulluq” altsisteminə yeni funksionallıq əlavə edilib

29-04-2025

ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

28-01-2026

“Əmək və məşğulluq” altsistemində yeni funksionallıq istifadəyə verilib

23-04-2025

Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib

18-09-2024

Texnoloji inkişafın əmək bazarına təsiri müzakirə edilib

29-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə