Oktyabrın 30-da Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir.
Xeberler.az məlumat verir ki, dəyirmi masanın açılış mərasimində Agentliyin sədri Kamran İmanov COP29 ərəfəsində keçirilən bu tədbirin əsas məqsədinin əqli mülkiyyətə əsaslanan innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərmək, təhlil etmək və innovasiyalara bu həyati məsələdə dəstək verməkdən ibarət olduğunu söyləyib: “Çünki kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyəti “yaşıl” gələcək yaratmağa qadirdir”.
Müasir dünyada yaşıl innovasiya, yaşıl texnologiya, yaşıl patent, yaşıl enerji məsələlərinin aktuallığına diqqət çəkən Agentlik rəhbəri Qlobal İnnovasiya İndeksi üzrə hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolunun vurğulanmasının təsadüfi olmadığını söyləyib. Eyni zamanda, ildən-ilə dünyada iqlim dəyişikliklərinin, o cümlədən qasırğaların, daşqınların, quraqlıqların, meşə yanğınlarının təsirinin çox aydın hiss olunduğunu qeyd edib.
Kamran İmanov deyib: “Yaşıl gələcəyi arzulayan bəşər cəmiyyətini quranların ilk sıralarında ixtiraçılar və müəlliflər durur. Onlar ənənəvi texnologiyalara daha “təmiz” alternativlər yaratmaq üzərində çalışan insanlardır. Bu isə onu göstərir ki, davamlı milli innovasiya sistemlərinin yaradılmasına və səmərəli milli əqli mülkiyyət sistemlərinə əlçatanlığın təmin edilməsinə yönəlmiş səylər bundan sonra da davam etdirilməlidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri