Previous Next
Bağla

Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur

16-11-2024 10:39
Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur

COP29 çərçivəsində təqdim olunacaq Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur.

Xeberler.az məlumat verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Doreen Bogdan-Martin COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

O qeyd edib ki, üzv dövlətlər rəqəmsal transformasiya və davamlılığın birlikdə getməli yol olduğunu anlayırlar: "Buna görə də, qərara gəlinib ki, davamlı rəqəmsal transformasiya BTİ-nin iki strateji hədəfindən biri olsun. Texnologiya şirkətləri bərpa olunan enerjinin ən böyük alıcıları arasındadır və bəziləri artıq 100 % bərpa olunan elektrik enerjisindən istifadə edirlər. Eyni zamanda, BTİ-nin Yaşıllaşdırıcı Rəqəmsal Şirkətlər hesabatında göstərildiyi kimi, texnoloji sektorun ətraf mühitə təsiri şəbəkə xidmətləri və məlumatların saxlanmasına qlobal tələbatın artması səbəbindən artır”.

Bundan başqa, qonağın sözlərinə görə, COP29 Sədrliyi və ev sahibi ölkəsi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün edib: “Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə və azaltmalı olduğumuza, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparmalıdır. Gəlin COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BTİ Baş katibi: “Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”

16-11-2024

COP29 çərçivəsində Rəqəmsallaşma Günü keçirilib

16-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

11-11-2024

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib

14-11-2024

COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub

16-11-2024

Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

17-11-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

Cenevrədə COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı brifinq təşkil olunub

25-10-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masa keçiriləcək

06-11-2024

Nigar Arpadarai: “Rəqəmsal texnologiyaların enerji keçidinə transformasiyası vacibdir”

16-11-2024

Aİ Komissiyası: "Rəqəmsal texnologiyalar biomüxtəliflik itkisini azaldılmasını sürətləndirə bilər"

16-11-2024

Nazir: Ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal istifadə edilir

16-11-2024

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

04-11-2024

İKT sektorundan emissiyalar qlobal ümumi həcmin 8 faizinə çata bilər

16-11-2024

Yaşıl və rəqəmsal bacarıqlara dair uşaqlara sərmayə qoymaq vacibdir

18-11-2024

COP29-da rəqəmsallaşma və nəqliyyat: tematik günlər, təşəbbüslər, gözləntilər

14-11-2024

Emin Əmrullayev: Yaşıl ixtisasların inkişafı bizim prioritetdir

12-11-2024

Vladanka Andreyeva: “Kağızsız hökumətə keçid karbon emissiyasının azalmasına gətirib çıxaracaq”

04-09-2024

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

16-10-2024

“Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə rəqəmsal imkanlardan istifadə edir”

16-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə