Previous Next
Bağla

Estoniya kiberqoşunlara mülki könüllüləri cəlb edir

29-04-2015 10:14
Estoniya kiberqoşunlara mülki könüllüləri cəlb edir

Estoniya kompüter mütəxəssisləri arasından ölkəni kiberhücumlardan müdafiə etməyə hazır olan könüllülər seçir.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, ölkənin ikinci ordu eşelonuna və “Müdafiə liqası”nın ehtiyat sıralarına yüzlərlə mülki könüllüdən, o cümlədən müəllim, hüquqşünas və iqtisadçıdan ibarət kiberqrup daxildir.

Estoniya dünyada texnologiyaların inkişafına görə ən qabaqcıl ölkələrdən biri hesab edilir. Belə ki, ölkədə bütün bank əməliyyatları internet vasitəsilə həyata keçirilir və vətəndaşların 30 faizi son keçirilən seçkilərdə səsini elektron şəkildə verib. Lakin belə kompüterləşmə Estoniyanı kiberhücumlara həssas edərək boşluqlara yol açır. 2007-ci ildə ölkə tarixində bankların, nazirliklərin və milli parlamentin saytlarına müdaxilələrin olduğu ən böyük kiberhücum baş verib.  

Kibermüharibənin aparılma üsulları daima dəyişir və getdikcə daha çox aparıcı təşkilatın saytlarına müdaxilələr olur. Estoniya kiberqrupunun daimi ştatında cəmi üç nəfər çalışır. Qrupun mənzil-qərargahı əvvəllər Sovet kəşfiyyatçıları tərəfindən istifadə olunan binada yerləşir. Bölük komandiri Andrus Padar könüllüləri seçir və dünyada fasiləsiz kiberhücumlar axınının monitorinqini aparır. Onun sözlərinə görə, ölkənin İT mütəxəssislərinin təxminən 1 faizi artıq kiberqoşunlara qoşulub.

2011-2012-ci illərdə Böyük Britaniyanın kibertəhlükəsizlik proqramının (Defence Cyber Security Programme, DCSP) rəhbəri olmuş general Conatan Şou ölkəsini Estoniyadan nümunə götürməyə çağırıb.

 Xeberler. az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident: Azərbaycana kiberhücum təşkil edənlər cəzasız qalmamalıdır

03-11-2025

Şirkətlər təhlükəli kiberhücumlara hazır deyil

04-04-2015

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

14-02-2026

Pentaqon rəhbəri kibermühafizəyə diqqət yetirməyə çağırıb

25-06-2015

XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

26-10-2023

Kiberhücumlar elektrik təchizatında fasilələr yaradacaq

07-10-2017

İtaliyanın bəzi bank və qurumlarına kiberhücum edilib

13-01-2025

NATO-nun Kibertəhlükəsizlik üzrə ekspertinin təqdimatı keçirilib

15-04-2015

Kiberhücuma məruz qalmış az. kodlu resursların sayı açıqlanıb

26-01-2023

Rusiya Xarici İşlər Nazirliyinin saytına kiberhücum edilib

24-10-2024

Estoniya Ukraynaya "Starlink" üçün 3,5 milyon avro ayırıb

15-11-2025

Ermənilərin Azərbaycana qarşı etdiyi kiberhücumların əsas istiqamətləri açıqlanıb

30-09-2020

Çinli hakerlər Britaniyanın kritik infrastruktur şəbəkələrinə kiberhücumlar edib

16-10-2024

Polşa Rusiyanın kiberhücum təşkil etməsindən şübhələnir

15-01-2026

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022

Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? Rəsmi açıqlama

20-10-2020

İran tarixinin ən böyük kiberhücumunu dəf edib

10-02-2020

I Avropa Oyunlarına kiberhücumlar gözlənilirmi?

12-06-2015

Əhalinin kiberhücumlara qarşı hazırlıq səviyyəsi təhlil edilib

03-06-2025

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025

Azərbaycanın kiberməkanına İrandan hücumlar olub-HESABAT

26-04-2023

ABŞ kibertəhlükəsizliyə dair qanun layihəsini təsdiq edib

24-04-2015

Vyanada xakerlərə qarşı mübarizə müzakirə olunur

02-06-2015

Kiberhücumlarla əlaqədar Elektron Təhlükəsizlik Xidmətinin məlumatı             

09-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə