Previous Next
Bağla

Azərbaycanın kiberməkanına İrandan hücumlar olub-HESABAT

26-04-2023 10:59
Azərbaycanın kiberməkanına İrandan hücumlar olub-HESABAT

2022-ci ildə Azərbaycanın kiberməkanına İrandan hücumlar olub və bu, Bakı-Tehran münasibətlərini daha da gərginləşdirib.

Xeberler.az məlumat verir ki, bu barədə Avropa İttifaqının və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatında bildirilir.

Sənəddə deyilir ki, ötən il ölkənin səlahiyyətli qurumları 25 kiberhücumun mənşəyi ilə bağlı araşdırma aparıb. Bu hücumların 24-nün İran, 1-nin isə Niderland əsaslı olduğu üzə çıxıb. Beləliklə, kibertəhlükəsizlik məsələsi Azərbaycanın milli təhlükəsizliyi üçün ən ciddi narahatlıq və çağırışlardan birinə çevrilib.

"Hazırda ölkənin aidiyyəti strukturları İran, eləcə də Ermənistan və Rusiyadan qaynaqlanan potensial kiberhücumlara qarşı iş aparır. Kiberhücumlar barədə ilk öncə iqtidarda olan Yeni Azərbaycan Partiyasından (YAP) müraciət olunub. Araşdırma zamanı hakerlərin İP (İnternet Protokol) ünvanlarının İran mənşəli olması sübuta yetirilib. Bir ay sonra isə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL), eləcə də bir telekanalın internet səhifələrinin iranlı hakerlərin hücumuna məruz qalmasına dair xəbərlər yayılıb", - deyə hesabatda qeyd olunub.

Bundan başqa, sənəddə ölkənin kiberhücumlarla bağlı tarixçəsinə toxunulur və bildirilir ki, 2000-ci ilin yanvarında erməni hakerlər Azərbaycanın 20-yə yaxın dövlət saytını, ABŞ-ın Bakıdakı səfirliyinin və bir sıra beynəlxalq təşkilatların saytlarını hədəfə alıb, rəsmi Bakıya, xüsusilə keçmiş Prezident Heydər Əliyevə qarşı düzgün olmayan və təbliğat xarakterli materiallar yerləşdirərək Qafqaz regionunda rəqəmsal münaqişələrin genişlənməsinin əsasını qoyub.

“2012-ci ilin yanvarında müəyyən xəbər agentliklərinin internet saytları da dövlət əleyhinə fikirlərin yayılması məqsədini güdən hücuma məruz qalmışdı. Digər bir araşdırmaya əsasən, “Staksnet" (Stuxnet) adlı "kompüter qurdu"nun hücumu dünyanın bir çox dövlətlərini təsirə məruz qoyduğu kimi Azərbaycan ictimaiyyətinin diqqətini kibertəhlükəsizliklə bağlı məlumatlılıq mövzusuna cəlb edib. "Staksnet" əsasən İrandakı kompüter şəbəkələrinə qarşı yönəlmişdi, lakin Azərbaycan daxil olmaqla bir sıra digər ölkələrdə də aşkarlandı. Şübhəsiz ki, effektiv əks-tədbirlərlə operativ reaksiya nəticəsində bu "kiber-raket"in ("cyber-missile") yaratdığı ziyan məhdudlaşdırılsa da, "Staksnet" hadisəsi Azərbaycanda kiberməkanın mövcud müdafiə vasitələrinə xəbərdarlıq mahiyyəti daşıdı", - deyə hesabatda qeyd olunub. (report)

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İran tarixinin ən böyük kiberhücumunu dəf edib

İran tarixinin ən böyük kiberhücumunu dəf edib

10-02-2020
Prezident: Azərbaycana kiberhücum təşkil edənlər cəzasız qalmamalıdır

Prezident: Azərbaycana kiberhücum təşkil edənlər cəzasız qalmamalıdır

03-11-2025
İtaliyanın bəzi bank və qurumlarına kiberhücum edilib

İtaliyanın bəzi bank və qurumlarına kiberhücum edilib

13-01-2025
Azərbaycanın bir sıra dövlət qurumu və banklara kiberhücumlar olub

Azərbaycanın bir sıra dövlət qurumu və banklara kiberhücumlar olub

08-08-2022
XRİTDX kiberhücumlar barədə məlumat yayıb

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025
Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022
BTQ-nin veb-səhifələri və sosial media hesabları kiberhücua məruz qalıb

BTQ-nin veb-səhifələri və sosial media hesabları kiberhücua məruz qalıb

08-01-2025
Kiberhücuma məruz qalmış az. kodlu resursların sayı açıqlanıb

Kiberhücuma məruz qalmış az. kodlu resursların sayı açıqlanıb

26-01-2023
Yaponiya Hava Yolları şirkəti kütləvi kiberhücuma məruz qalıb

Yaponiya Hava Yolları şirkəti kütləvi kiberhücuma məruz qalıb

26-12-2024
Çinli hakerlər Britaniyanın kritik infrastruktur şəbəkələrinə kiberhücumlar edib

Çinli hakerlər Britaniyanın kritik infrastruktur şəbəkələrinə kiberhücumlar edib

16-10-2024
ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026
Azərbaycanda kibertəhlükəsizlik indeksinin tərtib olunması təklif edilir

Azərbaycanda kibertəhlükəsizlik indeksinin tərtib olunması təklif edilir

26-04-2023
Azərbaycanın və Türkiyənin internet resurslarına hücum oluna bilər

Azərbaycanın və Türkiyənin internet resurslarına hücum oluna bilər

22-04-2015
İslamiadanın kibertəhlükəsizliyini hansı qurumlar qoruyur?

İslamiadanın kibertəhlükəsizliyini hansı qurumlar qoruyur?

16-05-2017
Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

16-06-2015
Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016
Deputat:"Virtual sərhədlərimiz qurulmalıdır"

Deputat:"Virtual sərhədlərimiz qurulmalıdır"

26-04-2023
Koronavirusa qarşı peyvənd hazırlayan təşkilatlar kiberhücumlara məruz qalıb

Koronavirusa qarşı peyvənd hazırlayan təşkilatlar kiberhücumlara məruz qalıb

05-05-2020
Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024
Əhalinin kiberhücumlara qarşı hazırlıq səviyyəsi təhlil edilib

Əhalinin kiberhücumlara qarşı hazırlıq səviyyəsi təhlil edilib

03-06-2025
Azərbaycanın Mərkəzləşdirilmiş elektron poçt xidmətləri kibercasusluğun hədəfində

Azərbaycanın Mərkəzləşdirilmiş elektron poçt xidmətləri kibercasusluğun hədəfində

01-04-2023
Kiberhücumlar nəticəsində alman şirkətləri milyardlarla avro itirib

Kiberhücumlar nəticəsində alman şirkətləri milyardlarla avro itirib

30-08-2024
I Avropa Oyunlarına kiberhücumlar gözlənilirmi?

I Avropa Oyunlarına kiberhücumlar gözlənilirmi?

12-06-2015
Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

17-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə