Previous Next
Bağla

ETX “Telegram” və “WhatsApp” ilə bağlı xəbərdarlıq edib

09-01-2026 18:18
ETX “Telegram” və “WhatsApp” ilə bağlı xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) “Telegram” və “WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir.

Xeberler.az məlumat verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata əsasən, bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir çox hallarda istifadəçilər tərəfindən əlavə təhlükəsizlik imkanlarından istifadə olunmur. Bu baxımdan, vətəndaşlara tövsiyə edilir ki, “Telegram” və “WhatsApp” hesablarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirsinlər.

“Telegram”da bu funksiyanı aktiv etmək üçün istifadəçi əvvəlcə tətbiqin “Ayarlar” bölməsinə daxil olmalı, daha sonra “Məxfilik və Təhlükəsizlik” hissəsini seçməlidir. Buradan “İkimərhələli təsdiqləmə” bölməsinə keçərək əlavə şifrə təyin etməli və bərpa üçün elektron poçt ünvanı daxil etməlidir. Belə olduğu halda hesablara giriş təkcə SMS-kod vasitəsilə yox, alternativ kanallarla göndərilmiş OTP kod üzərindən aparılır. Bu isə hesabların ələ keçirilməsi riskini azaldır.

“WhatsApp” tətbiqində isə “Ayarlar” bölməsindən “Hesab” hissəsinə daxil olaraq “İkimərhələli təsdiqləmə” seçilməlidir. Burada altı rəqəmli PIN kod təyin edilir və hesabın təhlükəsizliyi üçün elektron poçt ünvanının əlavə edilməsi tövsiyə olunur. Bu PIN kod vaxtaşırı istifadəçidən sorğulanaraq, hesabın qorunmasını təmin edir.

Bununla belə qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən məsələnin həlli istiqamətində sözügedən tətbiqlər üzrə rəsmi nümayəndələrlə davamlı müzakirələr aparılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Təhlükəsizlik Mərkəzi “Whatsapp” la bağlı xəbərdarlıq edir

23-08-2023

ETX kiberdələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq edir

04-11-2025

ETX: "Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur

03-09-2025

ETX rəsmisi: Hazırda Whatsapp hesablarının oğurlanması ilə bağlı araşdırma davam etdirilir

28-08-2023

ETX: "WhatsApp" hesablarına icazəsiz giriş cəhdləri artıb

29-10-2025

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023

Onlayn hesablarınızın təhlükəsizliyini ikimərhələli təsdiqləyin-Xəbərdarlıq

12-09-2023

ETX “WhatsApp” hesablarının təhlükəsizliyini gücləndirməyi tövsiyə edir

07-09-2022

“digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

08-05-2025

Whatsapp hesablarının oğurlanması problemi beynəlxalq miqyasda həll olunmalıdır-Ekspert

25-08-2023

ETX: “Telegram” platformasında fişinq hücumları artıb

30-01-2025

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

14-03-2023

WhatsApp təhlükəsizliyi gücləndirir

11-02-2017

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edir

13-10-2020

ETX: “Telegram”da vətəndaşlara saxta iş təklifləri göndərilir

05-12-2025

ETX: "Telegram" hücumları ilə bağlı mühüm nəticələr müəyyən olunub

05-09-2025

Telegram-ın 15 milyon istifadəçisinin məlumatı oğurlandı

03-08-2016

ETX zərərli proqram təminatının göstəricilərini müəyyən edib

21-11-2025

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

16-04-2023

WhatsApp yazışmalarını necə qorumalı? –Təlimat

24-11-2017

Azercell müştərilərini diqqətli olmağa çağırır!

12-09-2022

“Whatsapp” hesabı oğurlananlar nə etməlidir?

24-08-2023

Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

19-01-2021

“WhatsApp” üzərindən müəllim və tələbələrə “fişinq” hücumlar edilir

16-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə