WhatsApp təhlükəsizliyi gücləndirir

11-02-2017 / 10:52

İlk olaraq  ötən il tətbiqin Beta versiyasında qarşımıza çıxan iki mərhələli autentifikasiya funksiyası  dünəndən 1 milyarddan çox  WhatsApp istifadəçisinə təqdim edilib.

Xeberler.az-ın məlumatına görə, şirkət bu yeniliyi həm Android, həm də iOS üçün istifadəyə verib.

Belə ki, tətbiqin “Hesab” bölməsində istifadəsi mümkün olan bu funksiyanı aktivləşdirmək üçün istifadəçidən 6 rəqəmli şifrə istəyir.

İki addımlı doğrulama xüsusiyyət isə yeni bir telefona keçid müddətində və ya tətbiqi telefonunuzdan silib təkrar yüklədiyinizdə ortaya çıxır.

Bu funksiyanın aktiv olmadığı WhatsApp hesablarında yeni bir telefona tətbiqi yükələdiyinizdə yalnız SMS və ya axtarış vasitəsilə telefonunuza gələcək bir doğrulama koduyla daxil olmaq mümkündür. Amma 2 mərhələli  doğrulamayla birlikdə WhatsApp istifadəçidən həm doğrulama kodunu, həm də daha əvvəl yaradılan 6 rəqəmli parolu tələb edəcək.

Giriş üçün PIN kod unudulduğu halda onu elektron ünvanın köməyi ilə bərpa etmək olar.

Günel

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.