ETX və “Beynəlxalq Təhsil Mərkəzi” şagirdlər üçün maarifləndirmə tədbiri keçirib

13-12-2024 / 23:06

13 dekabr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin birgə təşkilatçılığı ilə məktəbin rus dili bölməsində təhsil alan şagirdləri  üçün maarifləndirmə tədbiri keçirilib.

Xeberler.az məlumat verir ki, 55 nəfərin iştirak etdiyi bu tədbirin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların onlayn mühitdə təhlükəsizlik qaydaları və ümumilikdə kibergigiyena qaydaları haqqında məlumatlandırılması olub.

 Sözügedən tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifrə təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək tədbir iştirakçılarına kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar vermiş və bu istiqamətdə məktəblilər ilə müzakirələr aparmışdır.

 

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə