Azərbaycan Universitetinin İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev və kafedranın dosenti Cavanşir Kazımovun müəllifliyi ilə “Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti çap olunub.
Xeberler.az bildirir ki, dərs vəsaiti iki əsas bölmədən ibarətdir. Birinci bölmə proqramlaşdırma texnologiyalarının əsas üsullarına və vasitələrinə həsr edilib. Bu bölmədə proqramlaşdırma texnologiyalarının inkişaf mərhələləri, proqram təminatının həyat dövrü modelləri, struktur proqramlaşdırma texnologiyası, proqram təminatının testləşdirilməsi və sazlanma üsulları, obyektyönümlü yanaşma üsulları haqqında məlumat verilir və praktik nümunələrlə açıqlanır. Həmçinin proqram təminatının hazırlanmasında istifadə olunan müxtəlif modellərin xüsusiyyətləri təhlil edilir.
İkinci bölmədə müasir proqramlaşdırma texnologiyalarına uyğun olan “Python” dilinin əsas elementləri haqqında məlumat verilir, bu dildə proqram təminatının hazırlanması və icra olunması qaydaları göstərilir. “Python” dilinin əsas anlayışları olan sətirlər, kortejlər və siyahıların verilməsi, onlardan istifadə etməklə proqramların tərtib edilməsi qaydaları izah olunur. Funksiyaların, rekursiyaların, lambda ifadələrin, massivlərin, çoxluq və lüğətlərin tərtibi qaydaları da dərs vəsaitində xüsusi yer tutur. Bu bölmədə obyektyönümlü proqramlaşdırma texnologiyasında istifadə olunan sinif anlayışı və onun tərtibi qaydaları, bu texnologiyanın əsas prinsipləri olan polimorfizm və varislik prinsipləri praktik nümunələrlə izah olunur. Dərs vəsaitində təqdim olunan çoxsaylı proqram nümunələri mövzuların daha aydın başa düşülməsinə kömək edir.
Dərs vəsaitindən kompüter elmləri, informatika müəllimliyi, informatika, sistem proqramlaşdırma, informasiya təhlükəsizliyi istiqamətlərində təhsil alan bakalavriat və magistratura tələbələri ilə yanaşı, bu sahələrdə çalışan mütəxəssislər də faydalana bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları