Previous Next
Bağla

ETX “JSAC 2026” beynəlxalq tədbirində təmsil olunub

26-01-2026 12:35
ETX “JSAC 2026” beynəlxalq tədbirində təmsil olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Sənan Vəlizadə Yaponiyanın paytaxtı Tokioda keçirilən “Japan Security Analysis Conference 2026” (JSAC 2026) beynəlxalq tədbirində iştirak edib.

Xeberler.az məlumat verir ki, Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) təşkilatçılığı ilə baş tutan tədbir müasir kibertəhdid kampaniyaları, APT qruplaşmalarının fəaliyyəti, zərərli proqramların təhlili və kibertəhlükəsizlik insidentlərinə reaksiya mexanizmləri kimi aktual mövzulara həsr olunub.

Konfrans çərçivəsində fişinq hücumları, MitM texnikaları, RAT və C2 infrastrukturlarının təkamülü ilə bağlı real hadisələr üzrə nümunələr təqdim edilib. Eyni zamanda insidentlərin atribusiyası, çoxklasterli hücumların analizi və genişmiqyaslı istismar hallarının araşdırılmasına dair fikir mübadiləsi aparılıb.

Praktiki sessiyalar zamanı zərərli e-poçtların təhlili və tərsinə mühəndislik yolu ilə zərərli proqramların analizi (malware reverse engineering) üzrə bacarıqların artırılmasına xüsusi diqqət yetirilib.

Beynəlxalq tədbirdə qlobal kibertəhdidlərə qarşı erkən aşkarlama imkanlarının və koordinasiyalı cavab mexanizmlərinin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti ilə Yaponiyanın Milli CERT-i arasında ötən ildən etibarən aktiv əməkdaşlıq əlaqələri mövcuddur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ETX-də Yaponiyanın Milli CERT-nin nümayəndələri ilə görüş keçirilib

04-03-2026

"Aviasiya Akademiya"sının tələbələri üçün maarifləndirici təlim keçirilib

04-05-2026

ETX Mərkəzi Asiya Regional Simpoziumunda təmsil olunub

03-03-2026

Azərbaycan kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub

29-01-2026

ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

21-05-2026

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025

ETX-nin rəisi beynəlxalq “360° Cyber” günündə çıxış edib

20-04-2026

Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

12-05-2025

ETX-nin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb

26-05-2026

ETX bank və dövlət sektorlarına qarşı fişinq cəhdini müəyyən edib

06-02-2026

ETX nümayəndələri “Cyber Security Summit 2025”də iştirak ediblər

13-10-2025

Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

04-03-2026

Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 mərkəz yaradılacaq

27-02-2026

"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

21-05-2026

AKTA və Yaponiyanın milli "CERT"i birgə əməkdaşlığı müzakirə edib

06-03-2026

ETX yeni kibertəhdid qruplaşmasını müəyyən edib

05-06-2025

ETX və “Beynəlxalq Təhsil Mərkəzi” şagirdlər üçün maarifləndirmə tədbiri keçirib

13-12-2024

ETX: Yerli təşkilatlardan birinə aid veb-resursa kiberhücum edilib

10-04-2026

NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

05-03-2021

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025

ETX və Texniki Universitetin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib

14-03-2025

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndələri “Kibertəhlükəsizlik həftəsi”ndə iştirak edib

17-10-2023

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

31-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə