200 milyondan çox istifadəçisi ilə artıq rəsmi olaraq bir internet fenomeninə çevrilmiş Facebook yenilik etməyə davam edir.
Növbəti yenilik pərəstişkar səhifələri ilə bağlıdır. Bu dəfə Facebook ailəsi Facebookdakı pərəstişkar səhifələrinə aid qutuları artıq öz saytınızda nəşr etməyə imkan verir.
Bununla da pərəstişkarı (fanı) olduğunuz adam, təşkilat və ya markaların Facebook səhifəsindəki yenilikləri öz saytınızda nəşr etmək mümkün olacaq.
Firmalar və markalar üçün Facebook-un pərəstişkar səhifələrinin əhəmiyyəti çox böyükdür. İstifadəçilər Facebookda firmanın bu səhifələrinə üzv olduqlarında müəyyən bilgilər əldə edə bilirlər.
Halbuki, firmalar normal şərtlərdə çox ciddi rəqəmlər ödəyərək fərdi məlumatlara çatırlar. Bundan indiyə qədər ən yaxşı istifadə edən firmalar arasında isə Coca Cola və Newsweek kimi nəhənglər var.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri