Facebook şirkəti ofislərinə yaxın ərazilərə köçən işçiləri üçün 10 min dollar əlavə ödəniş edir.
Belə ki, şirkət işçilərinin problemləri ilə yaxından maraqlanır. Onların bütün ehtiyaclarına nəzarət edir.
Reuters agentliyinin yaydığı məlumata görə, Facebook insan qaynaqları siyasətini işçilərinə və onları həyatının bütün mərhələlərində onlara dəstək olmaq üzərində hazırlayıb.
Bu siyasətə uyğun olaraq Facebook şirkətin Menlo Park-dakı əsas mərkəzinə 16 kilometr məsafəyə köçən işçiləri üçün 10 min dollar əlavə ödəniş edir.
San-Fransiskonun cənub mərkəzinə 48 kilometr məsafədə yerləşən Facebook ofisi də yol məsafəsi səbəbiylə bəzi əməkdaşlarının yaxın ərazidə yerləşməsini məcbur edir.
Bu şəraitlə Facebook-da işləyənlər iş saatı bitdikdə evlərinə rahat gedə bilir. Bəzən isə onlar işləri çox olduqda ofisdə qalıb , işlərini evlərindəki kimi rahat şəkildə görə bilir.
Facebook bu addımla kadrlarının çox yorulub, işdən evə gec getmələri kimi problemlərin qarşısını almaqla yanaşı, həmçinin, işçiləri üçün daha motivasiyalı iş şəraiti yaradır.
Şirkət bununla işçilərinin yolları uzaq olduğundan evə getmək üçün işdən tez çıxması kimi hallarını da aradan qaldırmış olur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri