Facebook bəyənmələrin sayını gizlədəcək

03-09-2019 / 15:18

Xeberler.az bildirir ki, "Facebook" şirkətinin nümayəndələri xəbər lentindəki postların altında bəyənmələrin sayını gizlədən funksiyanın tətbiq edilməsi imkanını nəzərdən keçirirlər.

Bu haqda "TechCrunch" portalı məlumat verib. Yeni funksiya "Facebook"un "Android" sistemi üçün tətbiqində sınaqdan keçirilir.

"Maraqlıdır ki, bəyənmələrin sayı və ya şərhlərə reaksiya hələ gizlədilməyib. Bu, sözügedən funksiyanın erkən hazırlanma mərhələsində olması ilə bağlı ola bilər" - "TechCrunch" portalının eksperti Ceyn Vonq deyib.

Məlumata görə, bu üsulla istifadəçiləri sosial şəbəkədə paxıllıq təzahürlərindən qorumaq və özünə senzura təzyiqini azaltmaq istəyirlər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə