Facebook istifadəçi sayını artırmağa davam edir.
Bir müddət öncə 1 milyard istifadəçiyə çatdığını açıqlayan Facebook yeni paylaşıdığı məlumatda istifadəçi sayının 1.65 milyarda çatdığını bildirib.
Platforma 2 milyarda çatmaq yolunda yavaş-yavaş irəliləyir.
Xeberler.az-ın məlumatına görə, bu barədə şirkətin CEO-su Mark Zuckerberg öz Facebook səhifəsində paylaşıb.
CEO-nun paylaşımlarında bu sayın Messenger, İnstagram və Oculus Rift-in hesabına əldə edildiyi görünür.
Zuckerberg-in paylaşdığı məlumata görə, Whatsapp 1 milyard, Messenger 900 milyon, İnstagram 400 milyon istifadəçiyə sahibdir.
Oculus Rift-in istifadəçi sayı yerinə oyun və tətbiq sayını paylaşan Zuckerberg cihazın 50-dən çox oyun və tətbiqlə göndərildiyini yazıb.
Məlumatda Live Video xüsusiyyətinin istifadəyə təqdim edilmiş olması, Facebook-un inkişaf etdirməyə çalışdığı süni zəka, internet.org layihəsi və Facebook-da yeni təqdim edilən Reactions xüsusiyyətinin də bu say artımına müsbət təsiri olduğu vurğulanıb.
Sevinc Əsədova
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət