Rekord sayda istifadəçi sayına çatan və Facebook-da olmayanların da istifadə edə bildiyi Messenger yaxın zamanlarda reklam mesajları göndərməyə başlayacaq.
Xeberler.az TechCrunch-ın əldə etdiyi məlumata istinadən bildirir ki, Facebook hər hansı şirkətə Messenger üzərindən müraciət edən şəxslərə daha sonra şirkətin məhsulları ilə bağlı reklam mesajları göndərəcək.
Məsələn, hər hansı istifadəçi Adidas şirkətinə Messenger-dən şikayətini bildirdikdən sonra Facebook-un təqdim etdiyi yeni sistem həmin istifadəçiyə Adidas-dan reklam göndərilməsini təmin edəcək.
Facebook yavaş-yavaş Messenger tətbiqini müxtəlif məhsulları ala biləcəyiniz bir alver platformasına çevirmək istəyir.
Messenger üzərindən reklam xidmətinin yaz aylarında istifadəyə təqdim ediləcəyi gözlənilir.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri