Facebook Unlike funksiyasını istifadəyə verəcək

16-09-2015 / 10:41

Facebook yeni sistemini təqdim etməyə hazırlaşır

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkətin qurucusu Mark Zuckerberg açıqlamasında Facebookda Unlike (bəyənmirəm) düyməsini təqdim edəcəyini açıqlayıb.

Zuckerberg öz Facebook səhifəsində mövzu ilə bağlı belə yazıb:

"İstifadəçilərimiz illərdir bizlərə bu mövzu haqqında istəklərini bildirirlər. Yəni, bir çox Facebook istifadəçisi, onsuz da bu xüsusiyyəti uzun müddətdir istəyir, gözləyir. Bu gün də bizim və istifadəçilərimiz baxımından əhəmiyyətli bir gün, çünki 'bəyənməmə' düyməsinin üzərində işlərimiz rəsmi olaraq bartıq başlayıb".

Şirkət rəhbəri hazırlayacaqları  sistemin  eyni Reddit-də olduğu kimi işləyəcək:

"İstifadəçilərimizin istədiyi xidmətləri  etmək üçün əlimizdən gələni edirik. Onların istəklərini , reaksiyalarını azad şəkildə ifadə etməklərinə kömək oluruq. Bilirik ki, Facebook-da hər qeydlər, onlar üçün yaxşı, xoş şeylər olmur. Bu səbəblə belə qeydləri bəyənməmək də onların haqqıdır".

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə