Facebook gözdən əlil və zəif görənlər üçün istifadəyə verdiyi yeni funksiya onlara şəkildə təsvir edilmiş obyekti görməyə imkan verəcək.
Sözügedən funksiya avtomatik olaraq şəklin qısa mətn təsvirini tərtib edə və ucadan səsləndirmək imkanına malik olacaq.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, artıq gözdən əlil insanlar süni intellektin köməyi ilə şəkildə təsvir edilmiş obyekt haqda daha dolğun məlumat əldə edə biləcəklər.
Facebook-un kompüter təlimi alqoritmləri fotoda təsvir edilmiş obyektləri müəyyənləşdirərək onları ucadan səsləndirəcək: "Məsələn, bu şəkildə səma, ağac, hava təsvir edilib". Yeni funksiya hələ ki iOS platforması ilə işləyən qurğular üçün sosial şəbəkənin kliyentinin ingilisdilli versiyasında əlçatandır. Bu funksiyadan istifadə etmək üçün ilk öncə VoiceOver (Sazlamalar - Əsaslar - Universal giriş) səs müşayiəti proqramını aktivləşdirmək lazımdır.
Şirkətin nümayəndəsi Ceff Vilandın sözlərinə görə, tezliklə təsvirin tanınması funksiyası Android ilə işləyən smartfonlar üçün də əlçatan olacaq. Bundan sonra funksiya başqa dilləri də dəstəkləməyə başlayacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri