Dünyanın ən populyar WhatsApp messencerinə abunəçinin kiminlə daha çox yazışmasına müstəqil şəkildə baxmağa imkan verən yeni xüsusi funksiya əlavə edilib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, xüsusi funksiya proqram istifadəçilərinə kimin onların ən yaxşı dostu olmasını öyrənməyə imkan verir.
Funksiyadan yalnız iOS istifadəçiləri yararlana bilər. Android mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləri əvvəllər olduğu kimi, yalnız “Şəbəkədən istifadə” funksiyasından istifadə edə bilərlər.
WhatsApp dünyada ən populyar messencerlərdən biridir. Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb. 2014-cü ilin fevralında şirkəti Facebook sosial şəbəkəsi 19 milyon dollara satın alıb.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət