Hesabında 1,35 milyard aktiv istifadəçinin olduğu ən böyük sosial şəbəkə – Facebook ötən ilin yekunlarına görə dünya iqtisadiyyatına 227 milyard dollar xeyir verib. Xeberler.az AzərTac-a istinadən xəbər verir ki, Bundan başqa, Mark Zukerberqin kompaniyası 4,5 milyon iş yerinin açılmasına da yardımçı olub.
Bu barədə məlumat Facebookun özünün Deloitte & Touche konsaltinq firmasına sifariş etdiyi tədqiqatın nəticələrində əksini tapıb.
Bu məqsədlə D&T analitikləri saytla əlaqəsi olan mobil qurğular üçün proqramları, oyunları və bu kimi digər vasitələri, həmçinin Facebook şəbəkəsinə daxil olmaq tələbindən yaranmış internet əlaqəni və əlavə xidmətlərə olan ehtiyacları da hesablayıblar.
Facebookun baş əməliyyat direktoru Şeril Sandberqin sözlərinə görə, kompaniya modadan tutmuş fitnesə qədər demək olar ki, bütün sahələrdə kiçik biznesin yeni dalğasını yaratmağa kömək edib. Bir çox şirkətlərin biznesinin sosial şəbəkədən asılı olduğunu deyən Facebook nümayəndəsi onların bu şəbəkə vasitəsi ilə xidmətlər təklif etdiyini və mallarını satdığını bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri