Facebook öz axtarış sistemini yaradır

13-05-2015 / 12:37

Bütün dünyada populyar sosial şəbəkə olan “Facebook” istifadəçilərini yenilikləri ilə sevindirməkdə davam edir.

Xəbərlər-in verdiyi məlumata görə, artıq sosial şəbəkənin özünün ayrıca axtarış sistemini sınaqdan keçirdiyi məlum olub.

Artıq bunun üçün “Əlavəni əlavə et” düyməsini sıxmaq kifayətdir. İstifadəçi sadəcə axtarılan sorğunu əlavə edərək axtarış şəbəkəsi bu zaman daha uyğun olan resursu aşkar edir və üzə çıxarır. Buna bənzər funksiya iOS platforması ilə çalışan smartfonlarda da yaradılacaq.

Hazırda axtarış şəbəkəsində trilyondan artıq səhifə mövcuddur. Proqramı hazırlayanlar indeksləşdirilmiş səhifələrin sayını artırmaq üzərində işləyirlər.

Özünün axtarış şəbəkəsini istifadəyə verməklə “Facebook” rəhbərliyi istifadəçilər üçün internetdən istifadəni asanlaşdırmaq niyyətindədir. Belə ki, bundan sonra istifadəçilərin brauzerdə ayrıca axtarış şəbəkəsi olan səhifəni açmasına ehtiyac qalmayacaq. (lent.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə