Previous Next
Bağla

CAREC Azərbaycandan olan tələbələrin startaplarını dəstəkləyir

27-07-2023 14:16
CAREC Azərbaycandan olan tələbələrin startaplarını dəstəkləyir

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı Azərbaycan, Özbəkistan, Qazaxıstan və Gürcüstandan olan 24 tələbə üçün İnnovasiya üzrə Universitetlər arası Mübadilə Proqramı (UIEP) həyata keçirir.

Asiya İnkişaf Bankından Xeberler.az-a bildirilib ki, Azərbaycanın Dövlət İqtisadiyyat Universiteti (UNEC), Özbəkistanın “iWestminster” Beynəlxalq Universiteti, Qazaxıstanın Almatı Menecment Universiteti və Gürcüstanın Amerika Universitetindən olan 24 tələbə müxtəlif startap ideyalarını təqdim edib, habelə öz təcrübələrini bölüşüblər.

İyulun 17-də Almatı şəhərindən start götürən proqram çərçivəsində gənc təşəbbüskarlar Azərbaycanda da olublar. Üç günlük səfər müddətində onlar ABB İnnovasiya Mərkəzi, “SABAH.HUB” İnnovasiya Mərkəzi və digər aparıcı inkubasiya mərkəzlərinə baş çəkib, oradakı təcrübələrlə tanış olublar.

Proqramın Bakıdakı yekun tədbiri “ASAN” xidmətin tərkibində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzində (İNNOLAND) keçirilib. Tədbirdə iştirak edən Asiya İnkişaf Bankının ölkədəki nümayəndəliyində Layihə İdarəetmə qrupunun rəhbəri Raza Farrukh regional əməkdaşlığa verdikləri töhfə üçün hər bir tələbəyə təşəkkür edib və ideyalarını uğurla reallaşdırmağı arzulayıb.

Azərbaycanlı tələbələrdən ibarət 3 komanda “4you” - mental sağlamlığa dair onlayn xidmətlər, “Feedhub” - müştəri rəylərinin monitorinqi və cavablandırılmasına dair xidmət, eləcə də “iSU” - müxtəlif su təchizatçılarını vahid platformada cəmləşdirən startap ideyalarını təqdim ediblər.

4 regional ölkədən 12 komandanın iştirak etdiyi mübadilə proqramına iyulun 29-da Tbilisidə yekun vurulacaq.

Mübadilə proqramının əsas məqsədi region ölkələrindən olan innovativ gənclər arasında bilik, bacarıq və təcrübələrin uğurlu mübadiləsini təmin etməklə regionda startap ekosisteminin inkişafına dəstək olmaqdır.

CAREC-in reallaşdırdığı proqramın tərəfdaşları Asiya İnkişaf Bankı və Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondudur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022

“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

25-02-2022

ADB Azərbaycanda startap ekosisteminin inkişafını dəstəkləyəcək

20-11-2020

“Investment Readiness” adlı “bootcamp” keçirilir

14-08-2025

Azərbaycanda Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən startapçılar üçün "Demo Day" təşkil olunub

31-08-2023

Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir

25-01-2025

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Konfransı baş tutub

17-11-2021

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

StartupFest Gəncə proqramına start verilir

27-02-2023

AİM “Gənclər üçün innovasiya proqramı”nı təqdim edir

28-04-2026

“TASİM region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək”

16-09-2015

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022

İsrail İnnovasiya Mübadilə Proqramı-nın məzunlarına sertifikatlar təqdim olunub

19-03-2019

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

02-09-2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022

BP Azərbaycanda startap proqramına 82 min manat xərcləyib

06-07-2023

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasına hazırlaşır”

05-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə