Previous Next
Bağla

Yeni startap layihələri təqdim olunub

20-02-2024 10:48
Yeni startap layihələri təqdim olunub

Regional “INNOSTART” layihəsinin yekun tədbirində 12 yeni startap texnoloji həllərini nümayiş etdirib.

Xeberler.az xəbər verir ki, 1500-dən çox gənci bir araya gətirən layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi, “SUP.VC” şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. Belə ki, 2023-cü ilin mayında başlayan “INNOSTART” çərçivəsində ölkənin 6 regionunda ümumilikdə 33 tədbir olmaqla, innovativ sahibkarlıq və mentorluq üzrə silsilə təlimlər təşkil edilib, habelə startap inkubasiya proqramı həyata keçirilib.

Fevralın 19-da layihənin yekun tədbiri - “Demo Day” keçirilib. Proqramın məzunlarının və regional universitetlərin nümayəndələrinin də iştirak etdikləri tədbiri giriş sözü ilə açan İRİA-nın sədri İnarə Vəliyeva təlimlərin region gənclərinin innovativ potensialının üzə çıxarılması baxımından müstəsna əhəmiyyətini vurğulayıb. “Bu layihə Azərbaycanın bölgələrində yaşayan hər bir gəncə innovativ ideyasını reallığa çevirmək üçün böyük imkanlar yaradır və startap quruculuğu üzrə resursları əlçatan edir”, - deyə Agentliyin sədri bildirib.

“SUP.VC” innovasiya şirkətinin icraçı direktoru Rəşad Eyvazov qeyd edib ki, “INNOSTART” layihəsi hər bir regionun unikal ehtiyaclarını qarşılayacaq innovativ sahibkarlıq fürsətləri yaradır. Bundan əlavə, bu layihə sayəsində startap təsisçiləri öz komandalarına çatışmayan komanda üzvlərini cəlb edə biliblər.

Sonra layihədə iştirak etmiş region startapçıları çoxistiqamətli texnoloji həlləri ilə bağlı təqdimatlarla çıxış ediblər. Layihələr xidmət sektorunu (məşğulluq, yemək çatdırılması, avtomobil icarəsi və s.), elektron ticarət, aqrobiznes həlləri və təhsil texnologiyası kimi sahələri əhatə edir.

Təlimlər silsiləsindən ibarət proqram Şəki, Zaqatala, Mingəçevir, Gəncə, Sumqayıt və Lənkəranda həyata keçirilib. “INNOSTART”ın mentorluq istiqaməti isə regionlarda innovasiya yönümlü layihələr üçün 18 yeni mentor yetişdirib.

Qeyd edək ki, “INNOSTART” layihəsinin əsas məqsədi ölkəmizin bölgələrində startap quruculuğu üzrə maariflənməni gücləndirməkdir. Təlimlərdə startap komandaları ideyanın biznesə çevrilməsi və inkişaf etdirilməsi, innovativ fəaliyyətin ölkə iqtisadiyyatına verdiyi faydalar haqqında aktual biliklər əldə ediblər. Bununla yanaşı, təlimlərin iştirakçıları startap quruculuğunun müxtəlif aspektlərini və ən qabaqcıl beynəlxalq təcrübəni özündə birləşdirən praktiki tapşırıqları yerinə yetirməklə mühüm bacarıqlara yiyələniblər.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

23-07-2025
Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025
“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025
İRİA tərəfindən Sumqayıt gənclərinə 10 min manat dəyərində mükafat

İRİA tərəfindən Sumqayıt gənclərinə 10 min manat dəyərində mükafat

10-04-2025
İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024
Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

04-11-2022
Azərbaycanda Startap günləri layihəsinə start verilib

Azərbaycanda Startap günləri layihəsinə start verilib

08-04-2019
Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

20-08-2025
İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019
V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

05-03-2026
İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019
BP Azərbaycanda startap proqramına 82 min manat xərcləyib

BP Azərbaycanda startap proqramına 82 min manat xərcləyib

06-07-2023
Startap Azərbaycan-da qeydiyyat başladı

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016
İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

02-06-2026
İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019
“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025
Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018
Startapçılarımız Startup Turkey-də-Fotolar

Startapçılarımız Startup Turkey-də-Fotolar

23-02-2017
Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018
 İntellektual startap çempionatı başlayıb

İntellektual startap çempionatı başlayıb

06-10-2017
İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

05-12-2025
İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018
Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018
İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə