Previous Next
Bağla

Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

04-11-2022 13:40
Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli ekosistemin tanınmış oyunçularından olan “SUP.VC” Akselerasiya Mərkəzi ilə əməkdaşlıq haqqında razılığa gəlib.

Xeberler.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, regionlarda yaşayan təşəbbüskar gənclərin potensiallarını qiymətləndirmək, onların sahibkarlıq təfəkkürünü daha da inkişaf etdirmək baxımından ölkənin 5 regionunda maarifləndirmə və mentorluq tədbirləri təşkil olunacaq. Layihəyə əsasən Gəncə, Lənkəran, Şəki, Zaqatala və Mingəçevir şəhərlərində 500-dən çox gənc üçün təqdimat görüşləri təşkil olunacaq, ekosistemin tanınmış üzvlərinin iştirakı ilə panel müzakirələri, innovativ sahibkarlığa dair seminarlar keçiriləcək.

Proqram gənclər, tələbələr, vaxtilə startap qurmuş ekosistemin sabit üzvləri və təlimçilər üçün nəzərdə tutulub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosisteminin quruculuğu departamentinin rəhbəri Leyla Hacıyeva sözügedən əməkdaşlıqla bağlı bildirib: “SUP. VC” ilə birgə əməkdaşlığa çox şadıq. Çünki bu, startap ekosisteminin oyunçularının ümumi potensialının gücləndirilməsinə dəstək vermək öhdəliyimizlə üst-üstə düşür. Geniş miqyasda baxsaq, hər bir gənc rəqəmsal savadlılıq, sahibkarlıq haqqında təcrübəyə əsaslanan biliklərə sahib olarsa, öz ideyasının biznesə dönüşməsinin planlamasını daha düzgün və uğurlu qura bilər. Dövlət-özəl sektor tərəfdaşlığına daha bir nümunə olaraq biz, “SUP.VC” ilə birgə öz təcrübəmizdən, şəbəkəmizdən və resurslarımızdan istifadə etməklə layihənin uğurla həyata keçirilməsi üçün səylərimizi birləşdirəcəyik”.

“SUP.VC”-nin direktoru Rəşad Eyvazov bildirib: “Layihə çərçivəsində yüzlərlə gənc öz innovativ ideyalarını necə biznesə çevirməyi, həmçinin startap qurmağı öyrənəcək. Bu fürsət region gəncləri üçün bir ilkdir və sevinirik ki, regional startap mərkəzlərinin qurulmasına nail olduq. Biz bu mərkəzlərdə peşəkar təlimçilərin yetişdirilməsini də qarşımıza hədəf qoymuşuq. Təlimçilər yeni iştirakçılara mentorluq proqramları keçərək onlara startap icmasının üzvü olmağa dəstək göstərəcəklər. Ən iddialı və istedadlı gənclər, təbii ki, gələcəkdə pre-inkubasiya və tam inkubasiya proqramlarında iştirak etməklə irəliyə doğru vacib addımlar atacaqlar’’.

Qeyd edək ki, layihə çərçivəsində cari ilin sonunda bölgələrdən olan gənclər üçün Gəncə şəhərində “İdeaton” adlı tədbir təşkil olunacaq. Tədbirin qalibləri “SUP.VC”-nin inkubasiya və akselerasiya mərkəzlərində səriştəlilik proqramlarında iştirak hüququ qazanacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni startap layihələri təqdim olunub

20-02-2024

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

Startap layihələrimizə dad, duz qatacaq Sup - Fotolar

04-12-2015

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022

“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

23-07-2025

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək

01-12-2025

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

İnnocamp innovasiya yay düşərgəsi davam edir

30-08-2019

İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

05-12-2025

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

“AZCLOUD ScaleUp” proqramı ilə 5 startapa 25 000 manatlıq dəstək veriləcək

17-12-2021

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

25-02-2023

Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

20-08-2025

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə