Gələn həftə Firefox`un iki versiyası çıxacaq

18-04-2009 / 18:09

Mozilla şirkəti gələn həftə hazırki versiyanın yenilənməsi kimi Firefox 3.0.9-u istifadəyə verəcək. Həmçinin şirkət test üçün 3.5 beta 4 versiyasını da istifadəyə verəcək.

Beta versiyada yeni TranceMonkey Javascript sürgüsü quraşdırılıb. Əgər hər şey qaydasında getsə 3.5 b4-ü 22 apreldən şəbəkədən yükləmək mümkün olacaq.

Gözlənilir ki bu beta versiya sonuncu olacaq. 3.5-in tam versiyası Firefox 3.0`ın çıxmasından 1 il sonra (17 iyun 2008-ci ildə buraxılıb) hazır olacağı da bildirilir. Ötən beta versiyada boşluqlar çox olduğu üçün, tam versiya gecikə də bilər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.