Skype 4.0 proqramının ikinci beta-versiyası buraxılıb

02-10-2008 / 13:49
Oktyabrın 1-dən etibarən Skype 4.0 proqramının ikinci beta versiyası artıq istifadəyə verilib. Internet-telefon praqramının ötən proqramla müqayisədə çox fərqi var. Məsələn, klassik və innovativ Skype interfeysləri arasında seçim etmək olar. Yeni dizayn birinci beta-versiyanın istifadəçi üçün narahat olduğunu üzə çıxarıb.
Yeni 4.0 konsepti əlaqələr siyahısı, video, məlumatlar və konfransları özündə birləşdirir. Proqram işçiləri istifadəçilərə danışıq zamanı öz faylları və əlaqə siyahısı ilə işi də həyata keçirmək işini əlavə ediblər. Buna görə də, əsas genişlənmiş pəncərə və yığcam Skype görünüşü  ilə köhnə versiyaya qoşulmaq imkanı yaranıb. Eyni zamanda Skype  müxtəlif kateqoriyalı əlaqələrin birləşməsi funksiyası olan əlaqə qruplarını da bərpa edib. Yenidən şəbəkədə olmayan əlaqələrin söndürülməsi imkanı var.
Yeniliklərlə bağlı xəbərdarlıq işi təkmilləşdirilib: yeni məlumatlar indi qısa zamanda xəbərdarlıq bölməsində göstərilir, sonra isə sistemdə, narıncı rəngli işarə kimi sayrışmağa başlayır.
Yaxın zamanda üçüncü beta versiyanın buraxılacağı gözlənilir. Bu versiyada istifadəçilərin arzuları və tənqid etdikləri nöqsanlar nəzərə alınacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə