Gələn ildən mobil telefon nömrələrimizi «daşıya» biləcəyik

25-11-2010 / 03:59

Artıq gələn ildən Azərbaycanda mobil rabitə istifadəçiləri öz nömrələrini saxlamaqla operatorlarını dəyişə biləcəklər.

Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bununla bağlı işlər aparılır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, nömrələrin daşınması prosesini tənzimləmək üçün hüquqi bazada müvafiq məsələlələr həll olunmalıdır: «İndi biz bununla bağlı normativ-hüquqi sənədlərin hazırlanması ilə məşğuluq». Ə.Abbasovun sözlərinə görə, «nömrələrin daşınması» ilə bağlı heç bir texniki problem yoxdur və hüquqi prosedurlar həll edilən kimi bu məsələ həllini tapacaq.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.