Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata əsaən məktəblilər arasında kompyuter layihələri üzrə “Gənc kompyuter istedadları” respublika müsabiqəsi üzrə hazırlıq işləri başa çatmaq üzrədir. İki turdan ibarət müsabiqənin finalı aprelin 18-19-da Bakıda keçiriləcək.
15 nəfərlik münsiflər heyətində Təhsil Nazirliyinin nümayəndələri ilə yanaşı Elmlər Akademiyasının, özəl informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin, qeyri-hökumət təşkilatlarının, orta məktəblərin nümayəndələri də təmsil olunur.
Qeyd edək ki, ən yaxşı layihələrin təhsil portalında yerləşdirilməsi, onların disk şəklində çoxaldılaraq məktəblərə paylanması nəzərdə tutulur.Müsabiqədə itproject@ict. edu.gov.az ünvanında martın 1-nə kimi qeydiyyatdan keçmiş məktəblilər iştirak edəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri