General Mobile cüt sim kart və TV-ni birləşdirdi

18-11-2009 / 10:18

General Mobile DST SENSE ilə cüt SIM kartlı telefon seçənlərə yeni bir alternativ təqdim edir. General Mobile DST SENSE, touch ekranı, cüt sim kart texnologiyası və televiziyası ilə zəngin əlaqə və multimedya xüsusiyyətlərini bir araya gətirir.

General Mobile-nin cüt sim kartlı yeni modeli DST SENSE cib telefonunda 3,2 düymlük LCD ekranı ilə televiziya izləmənizə də imkan verir. Televiziya xüsusiyyətindən başqa FM radio, GPRS, WAP, EDGE, e-poçt, Bluetooth, Java, 3 Megapixel kamera və video qeyd xüsusiyyətlərinə sahibdir.

3,2 düym ekranda cib telefonunda televiziya izləmək, cüt xətti tək telefonda daşımaq, telefonunuzda hər şeyi touch ekranı ilə barmaqlarınızın ucunda hiss etmək DST SENSE ilə mümkündür. Qiyməti cəmi 175 AZN-dir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə