Toshiba fərqli mobil telefon modelləri ilə də tanınacaq

17-04-2009 / 05:42

Toshiba TG və K seriyasından olan mobil telefonlarını istehsal etməyi planlaşdırır. Məhsulların əsas xüsusiyyəti su keçirməz olmasıdır.TG01;02;03 və K01;02 modelləri fərqli vaxtlarda satışa çıxarılacaq.

 İlk bazara çıxarılması gözlənilən TG01 markası 7 düymlük WVGA touch (toxunma üsulu ilə işləyən) ekranı ilə diqqət çəkəcək və Windows Mobile 7 əməliyyat sistemi işləyəcək. Sonra TG02 modeli satışa çıxarılacaq.TG02 su keçirməz olması ilə fərqlənir.

TG03 isə 3 kanal səs sistemi və yüksək inkişaf etmiş multimediyaya malikdir, həm də sukeçirməzdir. K01 modelinin QWERTY klaviaturası 15 mm olacaq və Windows Mobile 6.5 əməliyyat sistemi ilə işləyəcək.

K02 isə sürüşkən qapaqlı olacaq və QWERT klaviaturası və 3,5 düymlük ekranla çıxacaq. K02`nin 2010-ci ildə satışa çıxarılacağı planlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə