Azərbaycanda mobil rabitə operatorlarının müştərilərə göstərdiyi xidmətlərdən biri – “gizli nömrədən zəng” xidməti yaxın vaxtlarda ləğv olunacaq.
“APA-ECONOMICS”in məlumatına görə, bunu “Bakcell” şirkətinin baş hüquqşünası Mehman Səmədov bildirib.
Onu sözlərinə görə, hazırda bu məsələ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən araşdırılır: “Belə bir məsələ var ki, bütün mobil operatorlar bu xidmətdən imtina edəcəklər”.
Qeyd edək ki, hazırda mobil rabitə operatorları tərəfindən tətbiq olunan bu xidmət zamanı istənilən istifadəçi nömrəsini gizlətməklə digər istifadəçiyə zəng edə bilər. Bununla yanaşı, qarşı tərəf ona zəngin hansı nömrədən daxil olduğu barədə məlumatı yalnız hüquq mühafizə orqanlarına müraciət etməklə ala bilər. Bu isə zəng qəbul edən istifadəçilərin narazılığına səbəb olur. Yeri gəlmişkən, mobil rabitə operatorlarında bildirirlər ki, məhz bu xidmətlə bağlı olaraq şirkətə hər gün onlarla şikayət daxil olur. Mobil operatorların bildirdiyinə görə, bu xidmətin istifadəçilərindən bir hissəsi vəzifəli şəxslərdir: “Onlar kiməsə zəng edəndə öz nömrələrinin görünməsini istəmirlər”. Digər istifadəçilər isə bu xidmətin yaratdığı imkanlardan sui-istifadə, yəni sadəcə başqalarını narahat etmək üçün istifadə edirlər: “Göründüyü kimi, bəzi istifadəçilərimiz belə xidmətdən istifadəyə hazır deyil”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri