Previous Next
Bağla

Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

03-06-2015 19:09
Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

Dünya Gömrük Təşkilatının (DGT) təşəbbüsü əsasında Azərbaycan gömrük xidmətinin əməkdaşları Asiya və Sakit okean hövzəsi ölkələrinin gömrük xidmətlərinin müasirləşdirilməsi istiqamətində və yeni innovasiya texnologiyalarının tətbiqi sahəsində fəal iştirak edirlər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev bu barədə iyunun 3-də Dövlət Gömrük Komitəsində (DGK) Oman Kral Polisinin Gömrük Departamentinin nümayəndə heyəti ilə görüşdə deyib. İqbal Babayev Azərbaycan gömrük sahəsində son illər innovasiya texnologiyalarının tətbiqi və gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. İdarə rəisi bildirib ki, DGK əldə etdiyi bu təcrübə və bilikləri qonşu ölkələrlə də paylaşır. Azərbaycan gömrük xidməti Qazaxıstan, Özbəkistan, Makedoniya və Ukrayna kimi dövlətlərə gömrük xidmətində informasiya texnologiyalarının tətbiqi məsələlərinin diaqnostikası və gömrük xidmətinin modernizasiyası layihələrinin hazırlanmasında kömək göstərib.

Oman Kral Polisinin Gömrük Departamenti baş direktorunun müavini Xəlifə Əlsiyabi Azərbaycanda olmaqdan məmnunluğunu bildirib. Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində ciddi uğurlar qazandığını qeyd edən qonaq bu təcrübənin öyrənilməsində kömək göstərilməsindən məmnun olacaqlarını diqqətə çatdırıb.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Hədəf mərkəzində və Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində gömrük işinin təşkili və texnologiyaları ilə tanış olub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Gömrük Komitəsində elmi praktiki konfrans keçirilir

20-12-2018

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

13-06-2019

DGK-nın İKT ilə əlaqəli Baş İdarəsinin adı dəyişilib və səlahiyyətləri artırılıb

27-07-2015

DGK və Huawei Tech. Azerbaijan niyyət protokolu imzalayıb

12-09-2019

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

09-06-2018

Gömrük Komitəsi İKT ilə bağlı Xorvatiya ilə əməkdaşlığa hazırlaşır

05-12-2015

Gömrük Komitəsinin İKT layihəsi beynəlxalq tədbirdə nümayiş edilib

10-03-2015

Gömrük Komitəsi: “Sahibkarlar mütləq elektron imza almalıdır”

14-01-2016

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

Bakıda “Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans keçirilir

12-09-2011

Azərbaycan Tiflisdə İKT sərgisində təmsil edilir-Foto

07-06-2017

Bakıda İKT-nin gömrük xidmətində tətbiqinə dair beynəlxalq konfrans keçirilir

21-12-2009

İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib

12-09-2018

“Layihə menecerinin yol xəritəsi” kitabının təqdimatı keçiriləcək

16-09-2015

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri bitib

27-01-2023

İqbal Babayev: Blokçeyn texnologiyasını asanlıqla gömrük sistemində tətbiq edə bilirik

12-04-2019

XRİTDX rəisi “Alibaba Cloud”un bulud həllərinin müxtəlif tətbiq istiqamətləri ilə tanış olub

02-04-2024

Qazaxıstan Azərbaycanda vergi sisteminin rəqəmsallaşması təcrübəsilə tanış olub

17-02-2024

Texnoloji İnnovasiyalar Baş İdarəsinin rəisi işdən çıxarılıb

07-08-2022

Kərim Vəliyevdən rabitə vasitələri və informasiya texnologiyaları ilə bağlı tapşırıq

27-11-2023

Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

26-04-2023

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023

Azərbaycan kibertəhlükəsizlik sahəsində daha bir ölkə ilə əməkdaşlığa başladı

27-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə