Previous Next
Bağla

İqbal Babayev: Blokçeyn texnologiyasını asanlıqla gömrük sistemində tətbiq edə bilirik

12-04-2019 18:47
İqbal Babayev: Blokçeyn texnologiyasını asanlıqla gömrük sistemində tətbiq edə bilirik

“Bu gün blokçeyn texnologiyasını asanlıqla gömrük sistemində tətbiq edə bilirik. Məsələn, Azərbaycana Gürcüstandan idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı blokçeyn texnologiyası əsasında məlumat mübadiləsi həyata keçirərək tələb olunan malın mənşə sertifikatını tətbiq edirik və rəsmiləşdirmə vaxtını çox qısaltmış oluruq, eyni zamanda saxta sənədlərin təqdim edilməsi riskini tam aradan qaldırırıq”.

Xeberler.az  məlumat verir ki, bunu “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib.

Onun sözlərinə görə, DGK müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları və biznes ictimaiyyəti ilə əməkdaşlıq formatında gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir:

“Nəzərə almaq lazımdır ki, layihə idarəçiliyinin mühüm prinsiplərindən biri tələb edir ki, idarəetmənin istənilən sahəsində, o cümlədən gömrük sistemində, ayrı-ayrı yeni texnologiyaların tətbiqi “əlahiddə eksperimentlər” şəklində deyil, sistemli yanaşma çərçivəsində konkret innovasiya layihələri formatında tətbiq edilməlidir. Bu baxımdan yeni texnologiyalarının gömrük sistemində tətbiqi konkret layihə hədəflərinə malik olmalı və son illər ərzində həyata keçirilmiş layihələrlə uzlaşmalıdır”.

İ. Babayev deyib ki, blokçeyn texnologiyasının tətbiqi əsasən özəl sektor tərəfindən ümumilikdə ticarət-təchizat zəncirinin idarə edilməsində, o cümlədən ticarətlə əlaqədar bank əməliyyatları (məsələn, akkreditiv hesabların açılması) və loqistika sektorunda sınaqdan çıxarılmaqdadır:

“Buna misal olaraq, dünyanın ən böyük loqistika şirkətlərindən olan “Maersk”, İBM şirkətləri ilə birgə bu sahədə müvafiq layihələr həyata keçiriblər. Eyni zamanda bizə məlumdur ki, blokçeyn texnologiyasının tətbiqinə xüsusilə ABŞ, Böyük Britaniya, Sinqapur, Koreya və Yaponiya gömrük xidmətləri xüsusi maraq göstərir. Nəzərə alınmalıdır ki, blokçeyn texnologiyası paylanmış məlumat bazaları və kriptoqrafiya həlləri sayəsində xərclərin və resursların optimallaşdırılması, həmçinin şəffaflığın təmin edilməsi baxımından bir sıra üstünlüklər vəd edir. Belə ki, Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin 2017-ci ilin aprel ayında keçirilmiş 215/216-cı sessiyalarında blokçeyn texnolgiyasının gömrük sistemində tətbiqi problemləri gündəmə gətirilib və müəyyən edilib ki, xüsusilə elektron kommersiya əməliyyatlarının idarə edilməsi, risk idarəçiliyi, gömrük-gömrük məlumat mübasiləsi, gömrük auditi, hüquqpozmalarla mübarizə və qanunvericiliyə riayət mədəniyyətinin formalaşdırılması sahəsində bu texnologiyanın tətbiqinin perspektivləri böyükdür”.

Sədr müavininin sözlərinə görə, DGK 2010-cu ildən etibarən informasiya ehtiyatlarının formalaşdırılması prinsipini yeni metodika və platforma əsasında quraraq 14 dövlət qurumlarının informasıya ehtiyatlarından istifadə etməklə xarici ticarəıt iştirakşılarının idxal-ixrac əməliyyatını həyata keçirən ilk dövlət orqanlarından biridir:

“Hələ o zamandan bizim yanaşmamız bugünkü blokçeyn texnolgiyasına bənzər İT həllərə köklənib". 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İqbal Babayev: Gömrük-sahibkar təması tam ləğv ediləcək - Müsahibə

15-04-2019

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

13-06-2019

Sığorta bazarında blokçeyn texnologiyalar tətbiq ediləcək

30-11-2022

Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

13-03-2019

Nazirlik rəsmisi: Blokçeyn texnologiyalarından istifadə artdıqca bu sahə tənzimlənəcək

12-03-2019

Yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə olunacaq

12-06-2019

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

SİM kartsız işləyən ilk smartfon təqdim edilib

15-10-2018

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

27-06-2018

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

Draguilov: Blokçeyn məlumatların etibarlılığını artırılması üçün effektivdir

30-09-2025

Blokçeyn texnologiyaların tətbiqi müzakirə edilib

19-05-2018

Anjelika Layr: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır"

11-09-2024

Blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər həyata keçirilir

16-05-2019

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

02-11-2018

Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasının tətbiqinə başladı

14-06-2019

Azərbaycanda kriptovalyuta ilə bağlı konfrans keçiriləcək

09-03-2018

“Blokçeyn bankların nüfuzunu yox edəcək”

30-05-2017

Blokçeyn Azərbaycan Mərkəzinin toplantısı keçirilib.

07-06-2018

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

09-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə