360 dərəcəlik video izləmə funksiyası təqdim olundu

16-03-2015 / 17:48

Qısa bir müddət əvvəl Youtube-un Google-a pul qazandırmadığı ortaya çıxmışdı və buna baxmayaraq YouTube, bu xəbərlərdən uzaq olub 10 illiyini  qeyd etmişdi.

Etdiyi yeniliklər ilə məşhurluğunu qorumağa çalışan YouTube, irəliləyən dövrdə Google-a pul qazandıra biləcəkmi və ya Google tərəfindən reklamlardan təmizlənmiş pullu versiyası çıxacaqmı, bunları zaman göstərəcək.

YouTube, uzun zamandır danışılan 360 dərəcəlik video izləmə xüsusiyyətini istifadəyə verdi. Google, xəritələrində istifadə etdiyi sistemə bənzəyən bir modeli burada inkişaf etdirmişdir. Videonu açdığınızda sol üst qisimdə gələn paneldən istifadə edərək o an videonun hansı hissəsini izləmək istədiyinizi seçə və bucaq altında dəyişə bilərsiniz.

Mobil cihazlarda bucaqları nəzarət etmək, şübhəsiz ki, daha asan olacaq, ağıllı telefonunuz və ya tabletinizin sahib olduğu sensorlar ilə yalnız cihazınızı hərəkət etdirərək 360 dərəcəlik video izləyə bilərsiniz.

360 dərəcə video izləmə xüsusiyyəti təəssüf ki, hələ İOS platformalı cihazlar üçün istifadəyə verilməyib. Hal-hazırda kömpüterlərdə və Android telefonlarında 360 dərəcə video izləyə bilərsiniz. YouTube-un sahibinin Google olduğu düşünüldüyündə yeni funksiyanın ilk əvvəl Android cihazlara gəlməsi çox normal haldır, lakin qısa zamanda iOS platformalı telefonlarda bu xüsusiyyətə malik olacaq.

360 dərəcəlik nümunə videonu sizə təqdim edirik.

                                                                                      Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə