YouTube dünyanın ən böyük video-paylaşım saytıdır.
Xəbərlər-in verdiyi məlumata görə, 2005-ci ilin fevralında Stiv Çen, Çad Hörli və Cayd Kərim (Jawed Karim) tərəfindən yaradılan bu internet səhifəsi hazırda 30-dan çox dildə fəaliyyət göstərir. YouTube haqqında bir neçə maraqlı faktı diqqətinə çatdırırıq.
YouTube-un qurulmasına səbəb məşhur şirkətin satılması olub. Belə ki, PayPal ödəmə sisteminin eBay-ə satılmasından sonra orada işləyən Stiv Çen, Çad Hörli və Ceyvd Kərim şirkətdən əldə etdikləri pulla "Youtube" saytını qurublar.
YouTube.com saytı fəaliyyətə başlayanda bir qarışıqlıq yaranmışdı. Belə ki, həmin vaxt fəaliyyət göstərən emal firması olan "Universal Tube and Rollform Equipment"ın saytı utube.com kimi fəaliyyət göstərirdi. Hər iki saytın "yutub" oxunması və yazılışlarının da çox oxşar olması emal firmasının rəhbəriliyini narahat edir. Onlar Youtube haqqında məhkəməyə şikayət edirlər. Məhkəmə isə bu şikayəti təmin etmir. Belə olan halda emal firması "utube.com" saytını "utubeonline.com" olaraq dəyişdirir.
YouTube saytına ilk video 23 aprel 2005-ci ildə Cayd Kərim tərəfindən yüklənib.
YouTube saytı 9 oktyabr 2006-cı ildə Google şirkəti tərəfindən 1.65 mlrd dollara alınıb.
2011-ci ildə YouTube saytından 490 milyon nəfər istifadə edib. Bu zaman, ümumilikdə, 92 milyard səhifəyə baxılıb. YouTube-da ayda 2.9 mlrd saat vaxt keçiririk.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri