Google-dan iPhone istifadəçiləri üçün yeni klaviatura- Video

13-05-2016 / 11:36

Google mobil platforma iOS  üçün hazırladığı yeni klaviatura-Gboard-u təqdim edilib.

Adından da göründüyü kimi “Google” və “Keyboard”  kəlmələrinin biləşməsindən  yaranıb.

Xeberler.az-ın məlumatına görə, Gboard-un ən böyük özəlliyi  iPhone və yaxud  iOS cihazları istifadə edənlərin söhbət zamanı Google axtarışına getməsinə ehtiyac qalmamasıdır.

Məsələn, iMessage-dan Facebook Messenger-dən və yaxud da WhatsApp-dan  dostunuzla danşırırsınız. Bu məqamda qarşıdakı şəxsə Google-dan hər hansı bir link, şəkil və  video göndərmək istəyirsiniz.  Əvvəllər bunu etmək üçün söhbətdən çıxıb linki göndərməli olurdunuz.  İndi isə Gboard sizin köməyinizə gələcək.

Gboard necə işləyir?

Klaviaturada yer alan “G” loqosuna klik edərək olduğunuz tətbiqdən çıxmadan Google-dan istədiyinizi axtarış edə və həmin vaxt da qarşıdakı şəxslə paylaşa bilərsiniz. 

Klaviaturanı buradan yükləyə bilərsiniz. 

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə