“Google” əməliyyat sistemini yenilədi

11-04-2012 / 16:08
“Google” korporasiyası “Chrome OS” əməliyyat sistemini yeniləyib.“Chrome OS” əməliyyat sisteminin “19.0.1084.17” versiyasında istifadəçi interfeysi yenilənib; artıq o, fərdi kompyuterlərdə quraşdırılan “Windows” və “Mac OS X” kimi ənənəvi proqram platformalarına oxşamağa başlayıb.
RİTN-nin informasiya resurslarından əldə edilən məlumata görə,  “Chrome OS” əməliyyat sistemində məsələlər paneli yaradılıb; əlavə piktoqramlarını işçi masada yerləşdirmək olar. Bundan əlavə, bəzi utilitlər yenilənib və yeni fayl formatları (tar, gz, bzip2) əlavə edilib.
Yeni “Aura” interfeysində zəngin vizual effektlər və animasiyalı keçidlər mövcuddur.Əməliyyat sisteminin yeni versiyası “Samsung” və “Acer” şirkətlərinin istehsalı olan xrombuklara quraşdırıla bilər.
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə