Google-nin apara bilmədiyi yerlərə gedirik...

20-11-2008 / 22:48

DeepDyve adlı yeni axtarış sistemi, sizi Google-nin əsla apara bilmədiyi yerlərə aparmağı vəd edər!
 
DeepDyve sizə, internetin indiyə qədər görmədiyiniz istiqamətini göstərməyə qərarlıdır.
2003cü ildə Berkeley Universitetinin etmiş olduğu bir araşdırmaya görə internetdə təxminən 91.000 Terabayt məlumat var amma axtarış sistemləri cəmi 167 Terabaytlıq məlumatı bizə təqdim edə bilir. Belə olan halda, insanı geri qalan 90.833 Terabaytda nələrin gizli olduğunu maraqlandırmaya bilmir .
 
Əsas işini insan  genetikası üzərində quran DeepDyve adlı yeni axtarış sistemi də məhz bu gizli qalan məlumatları çatdırmağa cəhd göstərir. Sizi Googlenin əsla apara bilmədiyi yerlərə aparmağı vəd edən yeni axtarış sisteminin fəaliyyət prinsipi olduqca fərqlidir.
 
Mövcud axtarış sistemləri axtarış aparmağ üçün yalnız axtarış sözləri və ifadələri ilə kifayətləndikləri halda, DeepDyve bunu açar cümlələr səviyyəsinə çıxarmağı hədəfləyir.
Hətta DeepDyve-nin,xüsusi razılaşmalar vasitəsilə digər axtarış sistemlərinə açıq olmayan məlumatları da bir araya gətirə biləcəyi söylənilir.
 
xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə