Google axtarış, xəritələr daxilində təbii fəlakətlər və digər regional böhranlar üçün xəbərdarlıq edəcək.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət bununla bağlı yeni xidmət istifadəyə verib.
SOS Alerts adı verilən bu yeni xüsusiyyət axtarış nəticələrinin yuxarı hissəsində və ya xəritədə olan bölgələrdə xəbərdarlıq kimi görünəcək.
Şirkət bu xidməti hazırlayıb, təqdim etmək üçün Qırmızı Xaç və digıər bir çox beynəlxalq təhlükəsizlik qurumları ilə işlədiyini açıqlayıb.
Google axtarışlarda ümumi vəziyyətin xülasəsini, xəritələri, əlaqəli xəbərləri, təcili telefonlarını, veb saytlarını və digər məlumatları ekrana gətirəcək.
Təbii fəlakətlər olan bölgəyə yaxın olduğunuzda Google sizə bütün bu məlumatları ehtiva edən bir bildiriş də göndərəcək.
Xəritələrdə isə təhlükəli vəziyyətlərdə Google bu məlumatı “açılır pəncərə” kimi təqdim edəcək. Axtarışın nəticələrində olduğu kimi, xəritələr də hadisələ əlaqədar məlumat, telefon nömrələri və veb saytları göstərəcək.
Bununla yanaşı, xəritədə real vaxt yeniləmələri, bağlanan yolları görmək mümkün olacaq.
Yeni xüsusiyyət, masaüstü, mobil veb və Android ilə iOS-daki Google tətbiqlərindən əlavə, mobil üçün Google Maps-də də təqdim edilib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri