Google səhiyyə ilə bağlı startapı satın aldı

16-08-2017 / 16:01

Yeni xidmətin köməyilə istifadəçilər evdən çıxmadan əsas kliniki müayinələri keçə biləcəklər.

ABŞ-ın Vaşinqton Universitetinin kompüter texnologiyaları üzrə eksperti Şvetak Patel “Senosis Health” adlı startapını Google şirkətinə satıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, daha əvvəl bir neçə startapını Belkin International və Searskimi şirkətlərə satıb. 2011-ci ildə dörd alimlə birgə “Senosis Health” xidmətini yaradan Patel “dahilər üçün qrant” adlandırılan Mak-Artur təqaüdünü qazanıb.

“Senosis” və müasir smartfonlara quraşdırılmış xüsusi sensorların köməyilə istifadəçi ağciyərin funksiyasını və hemoqlobinin səviyyəsini müəyyən edə bilər ki, bu da evdən çıxmadan əsas kliniki müayinələri keçməyə imkan verəcək.

Hazırda “Senosis” layihəsi üzərində Pateldən başqa daha on alim işləyir. Google-un “Senosis Health” startapını əldə etmək üçün ödədiyi məbləğ açıqlanmır.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə