Previous Next
Bağla

Apple daha bir startapı satın aldı

23-09-2016 15:18
Apple daha bir startapı satın aldı

Apple daha əvvəl satın aldığı süni zəka startapı siyahısına daha bir layihə əlavə edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət Hindistan və ABŞ mərkəzli Tuplejump-ı satın alıb.

Qeyd edək ki, şirkət bundan əvvəl -2015 sonunda Perceptio-yu və bir neçə ay əvvəl də Turi adlı startapı alıb.

Tuplejump Big Data  və müxtəlif cihazların yaradılması üzərində çalışan bir startapdır.

Qeyd edək ki, satınalma sonrasında tuplejump.com da bağlanıb.

Apple “zaman -zaman daha kiçik texnologiya şirkətlərini satın alırıq” deməkdən başqa məsələ ilə bağlı  bir məlumat paylaşmır.

Archive.org qeydlərinə görə, özünü böyük Big Data-sı olan Tuplejump  Fortune 500 şirkətlərinə xidmət göstərirdi.

Techcrunch-ın əldə etdiyi məlumatlara görə isə Tuplejump-ın yaratdığı FiloDB adlı açıq mənbə layihəsi Apple-ın xüsusi diqqətini çəkib.

 FiloDB  barədə daha ətraflı Github üzərindən məlumat ala bilərsiniz.

 

 

Xeberler.az

 

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə