Twitter 2015-ci ildə Salesforce-un əvvəlki COO-su George Hu tərəfindən qurulan Peer startapını satın alıb.
Qeyd edək ki, şirkətlər işçilərinə Peer üzərindən bildirişlər göndərərək onların iş fəaliyyətini dəyərləndirir və buna uyğun hesabat hazırlayır.
Yəni, şirkət üçün etdiyiniz hər bir iş şirkət tərəfindən Peer platforması üzərindən qiymətləndirilir. Belə desək, platformanın əsas məqsədi işçilərin fəaliyyətini daimi nəzarətdə saxlamaqdır.
George Hu Peer-i açdığı gün bu fəaliyyətin şirkətlər üçün daha faydalı olacağı və işçilərin də bunu anlayışla qarşılayacağını elan etmişdi.
George Hu bildirmişdi ki, şirkət daxilində fəaliyyət dəyərləndirməsi sistemini yenidən icad edəcəklər.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, startap bu hədəfinə çatmadan Twitter onu satın alıb.
Twitter-in Peer-i şirkətin dəyərləndirmə mərhələsində istifadə edəcəyi və ya öz daxilinə inteqrasiya edəcəyi ilə bağlı hələki məlumat qeyd edilməyib.
Twitter-in son dövrlərdə, xüsusilə şirkətlərə yönəlik atdığı addımları nəzərə alsaq, şirkətin Peer-in yaratdığı sistemdən daha da böyük işlər üçün istifadə edəcəyi görünür.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri