“Google” şirkəti sensor ekranlı geyimləri satışa çıxarır

08-06-2015 / 17:33

“Google” şirkətinin nümayəndələri yaxın zamanda dünyada ilk sensorlu geyim olan “Project Jacquard”ı təqdim edəcəklər. İdeya olduqca sadədir – parçaya geyimi yüksək texnologiyalı qurğuya çevirən keçirici saplar daxil ediləcək.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, layihə müəllifləri iddia edir ki, keçirici saplar incə olsa da, kifayət qədər möhkəmdir. Bu sapları istənilən növ geyimə toxumaq mümkündür.

Bu kimi texnologiyaları gələcəyin “ağıllı ev” sisteminə tətbiq edərək evdəki bütün elektron qurğuları geyimin köməyi ilə distant olaraq idarə etmək mümkün olacaq.

Mühəndislər texnologiyanın prototipini təcrübi olaraq nümayiş etdiriblər. “Jacquard”ın keçirici salfetləri “Philips Hue” lampalarını idarə etməyə imkan verib.

Korporasiya nümayəndələri ümid edirlər ki, gələcəkdə geyim vasitəsilə elektron qurğuları idarə etmək daha sadə və intuitiv olacaq, o cümlədən sensorlu parçaların həssaslığı noutbukların “touchpad”ləri və ya planşetlərin ekranlarına nisbətən on dəfələrlə yüksək olacaq.

Hazırda “Google” istehsalçı və dizaynerlərlə əməkdaşlığa başlayır, layihə rəhbərliyi yeni ideyalara açıqdır.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə